vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
09:50 | 25 avqust 2014 | Bazar ertəsi Məqaləyə 4290 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakıda şortikli qızın aqibəti»

Yer üzü bu qədər qaramat görməyib...

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Hörmətli məktub, sən bu yazını oxuyanda mən «facebook»da olacağam. Ürəyindən keçən söyüşləri səbrsizliklə gözləyirəm.

Bakı küçələrində özümü sultanların sarayındakı kimi hiss edirəm. Ətrafda şalvarının beli yanından iki barmaq aşağı, uşaq «kalqotka»sına oxşayan dar şalvar geyinmiş oğlanlar dolaşır. Əsl sultan saraylarının xədimləri kimi əzilib-büzülən oğlanlar... Di gəl, kimsə yaxınlaşıb inandıra bilməz ki, qaqaş, əynindəkini ancaq Avropanın bahalı gey fahişələri geyinir, imkan tapanda geylər üçün nəzərdə tutulmuş moda kolleksiyalarına bax. Nə fayda. Onlara bu sözü deyə bilməzsiniz. Sizi dinləməzlər. Vaxtları yoxdur. Bu bekar gədələrin vacib işləri var. Bakı küçələrinin qeyrətini çəkirlər. Şəhərdə şortikdə gənc görəndə qabaqlarına qatıb danlayırlar. Başa salırlar ki, camaatın anası-bacısı var. Bir yaxşı oğlan çıxıb soruşmur ki, sənin anan və ya bacın mənim qıllı ayaqlarıma niyə həsrətlə baxır.

Əlqərəz. Şortik geyinmək bizə bir dərd olub. Necə ki, 20 yaşında yetkin bir qızın qaşından iki tük çəkməsi bir nəslin kişiləri üçün müzakirə predmeti və ağır dərd idisə, indi də şortik dolambac ilan olub keçib boğazımıza. Qeyrəti bütün mənalarda tükdən asılı olanlar mərhələdə qaşından tük oğurlayan qız, şortikdə gəzən gənc axtarışına çıxıblar. Hər şey bir tərəfə, şortik məsələsi getdikcə qloballaşır. Bu yaxınlarda bir qrup gəncin yaratdığı teatr tamaşaçılardan şortikdə gələnlərin olduğu bəhanəsi ilə dağıdıldı. Ən dəhşətlisi isə özünə mətbuat adamı deyən, qələm əhli, öyrədən, maarifləndirən yerinə qoyan bir saytın rəhbərliyi gənc bir xanımı şortikdə fotosessiya etdiyi üçün işdən qovub.

Yer üzü bu qədər qaramat görməyib... Axı sizi gənc bir xanımın ürəyi istədiyi kimi geyinməyi niyə bu qədər narahat edir? Niyə hər addım başı namus və qeyrətin ancaq bizə məxsus olduğunu deyən xalq özündən bu qədər şübhəlidir? Bəlkə, qadınları qapatmaq, örtmək yerinə pozğun beyninizi havalandırasınız? Kifinizi təmizləyin, çürük fikirlərinizi çırpın. İstədiyi kimi, sizin fikrinizcə isə açıq-saçıq geyinmiş qadının əxlaqsız olması ancaq sizin pozğun baxışlarınızın məhsuludur. Çünki dünyada kişi olmasaydı, inandığınız kimi qadının özünü dünyaya qapamaq ehtiyacı olmazdı. Din qadınlara heyvanlardan yox, məhz murdar kişi baxışlarından qorunmaq üçün örtünməyi tövsiyə edir. Ki, örtünmək qadını nə murdar baxışlardan, nə də başına gələ biləcək təcavüzlərdən qoruyur. Buna sübut olaraq, dinə bağlı, qadınların əksəriyyətinin qapalı olduğu Şərq ölkələrində gün ərzində 800-dən çox qadına təcavüz edildiyini misal göstərmək olar.

Qadın aynadır. Sən necəsənsə, orada özünü elə görəcəksən. Ona istiqamətləndirdiyin hər şey olduğu kimi sənə dönəcək. Baxdığına QADIN, İNSAN gözü ilə baxsan, sən də insansan. Yox, əgər qarşında yalnız döş, yançaq görürsənsə, əmin ol ki, qadından da «yançaq» münasibəti görəcəksən.

Məhz şortik geyinib fotosessiya etdiyi üçün işdən çıxan həmkarımı təbrik edirəm. Ona qadın, insan yox, 40 kq ət münasibəti göstərən, işçi, şəxsi həyat haqqı haqda məlumatı olmayan mollabeyinlilərlə işləməyi dayandırdığı üçün alqışlayıram.

Qadın sadəcə bədəndən ibarət deyil. Bədən olsa belə, idarəedilən oyuncaq deyil. Qabırğanızdan yaranmağımız haqda şayiələr gəzsə də, əsrlər boyu həyatımıza qabırğa olduğunuz dəqiq məlumatdır. Kişimərkəzçi Şərq yüz illərdir ki, qadın görəndə ağzının suyu axan kişilərin tüpürcəyi ilə sulanır. «Qeyrət» deyəndə ağlınıza ancaq qadın gəlməsin. Qeyrət düşmən qabağından qaçmamaqdır, başqasının tikəsini əlindən almamaqdır, gözü hər fürsətdə şortik arxasınca baxmamaqdır. Gün ərzində orta hesabla 12 saat qadınlar haqda qeybət etməməkdir, başqalarının cinsi orqanına vəkil kəsilməməkdir. Ən nəhayəti, hələ də əsirlikdə olan, dəfələrlə erməniyə zorlanan qadınları da öz ana-bacısı bilməkdir.

Erkəklik bir yana, kişi olmağa cəhd edin. (milli.az)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)