vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
OLAY  
10:19 | 25 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2747 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir yol bağlandı

Sürücülərə Xocasən-Lökbatan istiqaməti məsləhət bilinir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Beynəlxalq Avtovağzalından «Sədərək» ticarət mərkəzinə aparan yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətindən «Trend»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi («Sədərək» ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir.

Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-nə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.