vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9343 AZN
Rusiya rublu 1 RUB = 0.0254 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1630 AZN
Türk lirəsi 1 TRY = 0.2909 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
18:34 | 25 sentyabr 2013 | Çərşənbə Məqaləyə 1329 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Siyasi yumorun Hacısı»

Aqşin YENİSEY

Siftədən onu deyim ki, mənə görə istedadın xalisliyi onda nə qədər yumor hissinin olmasıdır. Yumor hissi faciənin qoxusunu uzaqdan duya bilmək bacarığıdır. Yeməyinə narkotika qatılmış itlər iyləyərək gizlədilmiş tiryəki necə tapırsa, bu hissə sahib olan ziyalılar da xalqın başına gələcək faciənin yerini bu hisslə çox dəqiq aydınlaşdırırlar. Düzdür, öyrədilmiş itlərlə ziyalıları tutuşdurmağım yüz faiz Gülüstan xanımın həyat yoldaşı, xalq şairi, şöhrət ordenli rəhmətlik Mürvət Qələmgəzdirən müəllimin xoşuna gəlməyəcək. Amma heç vecimə də deyil, cərə gəlsin, cəhənnəmə gəlsin, heç gələn günü olmasın.

Mən Azərbaycan xalqının dərdini qəhqəhəylə başına çəkən, gənclik illərində ağacları Aygün Kazımova kimi soyunduran, damda yaşayan Karlsonuna – poeziyaya – bankada mürəbbə aparan, böyüyəndən sonra köşə yazarı olan Zamin Hacıdan danışacağam.
Elə də yaxın dostluğumuz yoxdu. Hələ indiyəcən bir dəfə də olsun masa arxasında arxalaşıb araqlaşmamışıq, heç Allahın qara çayını belə içməmişik. Ancaq həyatın qovhaqovlarında, qaçaqaçlarında, tutatutlarında rastlaşmışıq. Yəni bizim bir yerdə gəlhagəl günümüz olmayıb. Bir dəfə, it ilində, eramızdan iki-üç saat əvvəl çap olunan “Azadlıq” qəzetinin redaksiyasında ağ-qara şəkil çəkdirmişik, amma ikimiz də qara düşmüşük nədənsə. O-bu, Zamin bəy çantasını götürüb yollanıb müsavatçı olmağa, mən də evə gəlib dərslərimi hazırlamışam ki, sabah həyatdan beş alım.
Açığını deyim ki, həmişə bu adamın yumor hissinə qibtə etmişəm, xüsusilə ölkəmizdə inkişaf etməmiş siyasi yumoruna. Azərbaycanda siyasətin dili köntöydür. İki siyasətçi üz-üzə danışanda gözümün qabağına danasını hörükləmədiyi üçün dalaşan qonşularımız Dönəş və Minəş gəlir. Siyasi yumor hissi olmadığı üçün siyasi istedad da yoxdu. Yumor çatışmazlığı yaşayan siyasi mühitimiz, sadəcə, kolxozbazarıdır. Zamin əfəndinin bugünkü publisistikamızda getdiyi yol, əslində, keçən əsrdə çəkilib istifadəyə verilmişdi. Amma sovet dönəmində ziyalılar Stalinin şəklinin qorxusundan poema-zad yazmaqla, gəraylı, təcnis, hələ biri var e, müxəmməsdi nədi, belə düşük janrlarla başlarını girlədilər, ailələrinə bir tay un apardılar. Eynən Tıq-tıq xanımın həyat yoldaşı Siçan bəy kimi. Z.Hacı publisistikamızda Şeyx Nəsrullahlıq etdi, bu ölmüş, daha doğrusu, öldürülmüş siyasi yumoru diriltdi. O, xalqın zəhmətini mənimsəyib el dilində dolaşan yumoru öz yaradıcılığına çevirmədi, öz yumorunu yaratdı, xalqımızın həyat və yaradıcılığına üz tutmadı. Özünü xalqdan ayırmağı bacardı. O, özünün hər gün yazdığı üç min beş yüz işarəlik köşələriylə sübut etdi ki, istedad tükənməyən sərvətdi, amma əgər istedaddırsa. Biri onu oxuyub deyir ki, düşərgə yazarıdır, o biri oxuyub əliyabalı hədələyir, başqa biri isə oxuyub qəzetə rişxənd edir: “Hə, noolsun?!”. Ən pisi bu axrıncısıdır. Bizim evimizi yıxan bax bu sözdür: “noolsun?!”
Dünyada elə bir şey yoxdur ki, bu milli səfehliklə ona yanaşmaq mümkün olmasın. Məsələn, bir neçəsini deyim: “Tanrı dünyanı altı günə yaratdı”. “hə, noolsun?”, Gete “Faust” əsərini bitirdi, “hə noolsun?”, Azərbaycan xalqı o qədər hind filmlərinə baxdı ki, alnının ortasında xal əmələ gəldi, “hə noolsun?”. Zamin zəmanət verdi ki, bu düşüncə stereotipini dağıdacağam və dağıtdı. O, Qoqolun dediyini elədi. Bir gecə ömrü boyu ağzına gələni yazan Qoqol ağlına gələni yazan Puşkinlə qumar oynayanda deyib ki, təbiətdə insan iradəsinin və arzusunun dağıda bilməyəcəyi qranit yoxdur, bunu eşidən kimi Puşkin pasa gedib. Baxmayaraq ki, əlimdə üç tuz var, amma mən də Hacı Zaminin publisistikasının yumoru qarşısında pasa gedirəm. Bu mehriban insan, qayğıkeş ata, Milli Elmlər Akademiyasının müxbir üzvi, Ali Sovetin Rəyasət heyətinin sədri, müharibə veteranı, Zaqafqaziya müsəlmanlarının qohumu, böyüyün, kiçiyin yerini bilən, ömründə bir dəfə də olsun Allahın uçuq bir məscidinə getməsə də, Hacı adını daşıyan bu gözəl ziyalımızın qarşısında Mahir Mehdi demiş “mənim də əlimdən elə bu gəlir”.

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)