vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
12:18 | 31 avqust 2013 | Şənbə Məqaləyə 2963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Son şou – «ədəbiyyat»»

Fərid HÜSEYN

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda ədəbi mühitin bəlaları çoxdur, danışdıqca bitən deyil. Amma məsələ ondadır ki, bu problemlər təkcə ədəbi mühit adamları tərəfindən yox, get-gedə xalq arasında da qəbul olunmaqdadır. İki-üç gün bundan irəli avtobda iki evdar qadının (belə güman etmək olardı) ədəbiyyat adamları barədə dedi-qodularına istəmədən qulaq müsafiri olduqda, əməllicə bir çox məsələlərdən halı olduqlarını anladım.

Başa düşdüm ki, get-gedə böyük yazıçı-şair-tənqidçi-ədəbiyyatşünaslar, xüsusən də, bir-biri ilə münasibəti gərginləşmiş ədəbiyyat adamaları da şou-biznes nümayəndələri kimi qəbul edilir, onlara məhz bu cür yanaşırlar, davalarından danışırlar, izləyirlər. Bir müddət sonra, əgər belə getsə, şair-yazıçıların da evinin içini çəkəcəklər, dolablarını boşaldacaqlar, onları da aparıb yemək bişirtdirəcəklər, özü də bu vəziyyət o qədər təbii olacaq ki, heç kəs buna təccüblənməyəcək. 
Ədəbiyyatımızın başına nə oyun gəlmişdisə də, ona həmişə əlçatmaz bir şey kimi baxırdılar, amma belə getsə bir gün ədəbiyyat da hamının evinə girə bilən, hamının müdaxilə edə biləcəyi bir sahəyə çevriləcək. Sovet höküməti dağılandan sonra şair adı ilə ondan-bundan pul istəyənləri dilənçillərlə hansı cür eyniləşdirdilərsə, bu gün də ədəbiyyatı qalmaqala çevirib ucuz şouya çevirənləri o şəkildə şou əhli ilə bərabər tutacaqlar. Belə getsə ictimai şüurda yazar olmaq utanc gətirəcək bir peşəyə çevriləcək. Əgər müğənnilərin davası televiziyada gündəmdən əskik olmursa, yazıçılar da saytlar səviyyəsində eyni şeyi edirlər. Amma müğənnilər təkbətək vuruşmağa üstünlük versələr də, yazıçılar “ordu-ordu” vuruşmağa üstünlük verirlər. 
Suyu bulandıranların təmiz sudan danışması isə birmənalı biabırçılıqdır. Bircə istəyim odur ki, ədbiyyatı kütlənin səviyyəsindən də aşağı salmasınlar, qalanı öz işləridir.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)