vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
11:28 | 6 avqust 2013 | Çərşənbə axşamı Məqaləyə 3427 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vaxtında ölmək»

Fərid HÜSEYN

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərhum gənc yazıçı Zərdüşt Şəfizadənin (Zərdüşt Şəfi) ölümünü həbsxanadan azad olan günü, hələ İranda konsulluğun həyatində eşitdim. Qəhərləndim, ağladım...

Yaxşı yadımdadır ki, Zərdüşt Şəfizadə bir dəfə mənə belə demişdi: “Fərid, mütləq “Nobel” mükafatı alacam”. Öldü və tale onu “yalançı” çıxardı. Hər halda mənə söz verib “sözünü tuta bilməyən kəs”lərdən biri də Zərdüşt oldu. Amma mən belə şeylərə çoxdan öyrəncəliyəm...
Bir dəfə tənqidçi Rəhim Əliyevin dedi ki: “Fərid “Qurani-Kərim” də çox sevdiyim bir cümlə var: “Ölüm haqdır” cümləsi. Doğurdan da, belədir, nə vaxt ölsən haqdır, doğrudur və qəbul ediləndir”.
Bu mənada, Zərdüştün ölümü məndə vaxtsız təsiri oyatmır, nədənsə. Hamı vaxtsız ölür...
Amma...
  • “Nə yaxşı ki”, Zərdüşt öldü: Cibində diktofon gəzdirən “ziyalı”ları görmədi.
  • “Nə yaxşı ki”, ona ölümü də qısqanan, onun ölümünün də şöhrətini həzm edə bilməyən adamlarla süfrə qonağı olmadı.
  • “Nə yaxşı ki”, əvvəlcədən danışılmış mükafatlardan ona da vermədilər.
  • “Nə yaxşı ki”, murdarcasına qocalan adamları görmədi, heç olmasa gözlərini torpağa təmiz verə bildi.
  • “Nə yaxşı ki”, yalansız, alçalmamış getdi və təmiz düşünməyə bizə imkan verdi.
  • “Nə yaxşı ki”, komandalara qoşulmadı, oynamadı, oynatmadılar.
  • “Nə yaxşı ki”, içib atasını, arvadını söyənləri görmədi.
Bir dəfə Rəsul Həmzətov içib Azərbaycan xalqını söyəndə Ənvər Məmmədxanlı ona əl qaldırmaq istəyib, əlini Yusif Səmədoğlu tutub. Zərdüştün də əl qaldıra biləcəyi çox əclaflar ola bilərdi...
Sonda bir məqamı xatırlayaq:
Ramiz Rövşənin yazıçı Ənvər Məmmədxanlı haqda yazdığı kiçicik yazıda belə bir yer var: “Biz çox qəribə ölkədə yaşayırıq. Burda şairlərin, yazıçıların yazdıqları təkcə onların yazdıqları ilə yox, yazmadıqları ilə də ölçürlər” Deyirlər: filankəs yaxşı yazıçıdır, çünki yalan yazmır... və s...”.
Zərdüşt də belədir... O yazmadıqları ilə də...

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)