vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
17:43 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 1821 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Con Kerri ədalətli görünürdü»

«ABŞ-dan ilk dəfə münaqişənin həllinə daha ciddi maraq gördüm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ dövlət katibi Con Kerri, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında keçirilən görüşün detallarını açıqlayıb.

APA-nın məlumatına görə, N. Məmmədov deyib ki, öncədən planlaşdırılmayan bu görüş C.Kerrinin təklifi ilə baş tutub.

N.Məmmədov bildirib ki, görüşdə prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha açıqlayıb: «Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı münaqişənin həlli ilə bağlı ən konstruktiv, müasir beynəlxalq münasibətlərin ruhuna uyğun variantı təklif etdi. Ermənistan prezidenti Serj Sərkisyan isə əvvəlki dövrlərdə olduğu kimi situasiya ilə əlaqəsi olmayan bir variantda Ermənistanın mövqeyini ifadə etdi və iddialarını nümayiş etdirdi.

Mənim üçün maraqlı olan o idi ki, Con Kerri doğurdan da məsələlərə ciddi yanaşırdı. ABŞ dövlət katibinin Azərbaycan prezidentinin mövqeyini qəbul etdiyi qənaətinə gəldim. ABŞ dövlət katibinin sözlərindən, bəyanatından bu qənaətə gəldim ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti daha da artıracaq. Çünki digər görüşlərdə müqayisədə ABŞ tərəfindən ilk dəfə bu görüşdə münaqişənin həllinə daha ciddi maraq gördüm. Con Kerri suallar verirdi, görürdüm ki, Azərbaycanın mövqeyi onun tərəfindən daha ədalətli, düzgün görünürdü».

N.Məmmədov qeyd edib ki, münaqişənin Azərbaycan sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu görüşdə bir daha vurğulayıb.