vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
XADİM  
09:51 | 7 sentyabr 2014 | Bazar Məqaləyə 2228 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputat dindara «işverən» dedi

«Paralel Yapı» mövzusunda Fazil Mustafanın adı Türkiyə televiziyasında hallanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın millət vəkili Fazil Mustafa Türkiyə telekanallarının birində ölkəmizdə «paralel dövlətə» dəstək verən əsas şəxslərdən biri kimi təqdim edilib. Bu barədə deputat «Facebook» səhifəsində qeyd edib.

F.Mustafa adını nurçu məsələsində hallandıran insanları geri zəkalı adlandıraraq etirazını bildirib:

«Dostlardan biri zəng edib bildirdi ki, dünən Türkiyənin «Kanal A» kanalında bir proqramda iştirak edən Ələsgər soyadında bir Azərbaycandan olan «ilahiyyatçı» (söylədiyinə görə şişman, 35-40 yaşlarında birisi) Türkiyədə məşhur bir ifadə olan «Paralel Yapı» mövzusuna toxunarkən Azərbaycanda bu yapını dəstəkləyən əsas şəxslərdən biri olaraq mənim adımı çəkib. Bu və ya gələcəkdə bu mövzuda danışmaq istəyən bütün geri zəkalılara bir məsələni çatdırmaq istəyirəm ki, Türkiyə daxilində baş verən proseslər mənim maraq dairəmdə deyil və hər hansı bir Yapını dəstəkləmək barədə də hansısa bir açıqlama verməmişəm. Qaldı ki, Türk məktəblərinin bağlanması məsələsinə etiraz etməyimə, bu da sırf Azərbaycan maraqlarını düşünərək atılan addım idi. Bu Ələsgəri tanıyan varsa, söyləsin ki, Türkiyə kanallarını gəzib işverənlik etməyə gərək yox. Bizim içimizdə Türkiyə sevgisi doğulanda meydanda nə Yapı varıydı, nə də AKP. Bundan sonra da milliyətçili, solçulu, islamçılı, camaatlı bütöv Türkiyə tablosu üzərindən prossesləri dəyərləndirəcəyik» - deyə deputat qeyd edib.