vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
12:43 | 17 iyul 2013 | Çərşənbə Məqaləyə 3256 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rrespice finem: son gününü unutma»

“Giliz kimi gəzərgi” silsiləsi

Fərid HÜSEYN

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəzən ədəbiyyatçılar F.M.Dostoyevski və Lev Tolstoyu müqayisə edərkən belə deyirlər: “İnsan qocaldıqca Tolstoyu sevir”. Həqiqətən də, ciddi ədəbiyyat barədə oxucunun yaşı artdıqca hazırlıqlı oxucu Tolstoyu Dostoyevskidən çox sevir. İndiysə izninizlə Tolstoyun “İvan İliçin ölümü” povesti barədə 4 əsas məqamı diqqətinizə çatdırmaq fikrindəyəm.

I
Tolstoy “İvan İliçin ölümü” povestində hələ məktəbdə oxuyan İvan İlçin həyatını təsvir edərkən belə yazır: “İvan İliç məktəbin sonuncu sinfində oxuyanda tikdirdiyi paltarın üstünə “respice finem” (son gününü unutma) adlı medalcıq taxmışdı”. Bu incə məqama fikir vermədən keçmək olmaz. Sonralar ömrünü çox pul qazanmağa həsr edən İliç o medalı da, o medalın təyinatını da unudur. Arzularına çatır. Amma xəstələnəndən sonra ən çox ölüm – öz sonu haqqında düşünür. Tolstoy İliçin medalını sonradan çox sakitcə – öz taleyi vasitəsi ilə onun “döşünə taxır”. Bu bir.
Bu məsələylə bağlı ikinci məqam insanın arzuladığına doğru getməsi həqiqətidir. Məktəb vaxtı öz sonunu qeyri-ixtiyari düşünən İliç, sonra ixtiyari və məcburi formada həmin taleyi yaşamalı olur. Özü də, yazıçı həyatının qaynar vaxtı döşünə “Son gününü unutma” ifadəsi yazılmış medalcıq taxan İliçin gənc olmasını vurğulayaraq göstərir ki, bu sözləri üstündən asmağa onun heç bir səbəbi yox idi və onu bu cür bir iş görməyə heç nə vadar etmirdi. Sonda yaşlı İliç öləndə, ölümün də eyni dərəcədə qeyri-ixtiyari, səbəbsiz olduğunu Tolstoy bu cür qeyd edir: “Bu nədir? Doğurdanmı ölüm gəlib çatıb? – Və daxili bir səs cavab verirdi: Bəli, doğurdan. Bu işgəncələr nə üçündür? – Və həmin səs deyirdi: elə-belə, heç nə üçün”.
II
İliç ölüm yatağında bütün həyatını xatırlayır. Yazıçı qeyd edir ki: “Ötən günləri biri-birinin ardınca gözlərinin önündən gəlib keçirdi. Həmişə də daha yaxın vaxtlardan başlayıb, üzü o yana - uşaqlıq çağlarına gedib çıxır və orada da dayanırdı”. 
Tolstoy qəribədir ki, qəhrəmanlarını “cəzalandır”, cəzalananları sonda günahsız kimi qələmə verir. Biz bu amili onun əksər romanlarında və povestlərində görürük. Tolstoy sonda ancaq uşaqlığını – təmiz çağlarını göstərərək, qəhrəmanı üçün hansısa uzaqlıqda saf, təmiz dünya hazırlandığına gizlicə bir işarə edir. 
İki əsr sonra isə Aqşin Yeniseyin “Qadınlar haqqında mühazirə” şeirini oxuyuruq:
“Məncə ömür qocalıqdan uşaqlığa doğru başlasaydı
Daha gözəl olardı
Onda bu qoca fahişə
Axırda məsum bir qız uşağına çevrilər və ölərdi.
III
Tolstoy göstərirdi ki, insan ağrıdıqca yaşayır, ağrımırsa yaşamır. İliç ölüm anında ağrısını unudur və şürsuzcasına qorxur ki, bədəni ağrımırsa, deməli, ölürəm. Tez ağrısını axtarır: 
“Diqqətini cəmlədi: Bəs ağrı: öz-özünə soruşdu. – Onu neyləyim? Hə, ağrı hardasan? Diqqətini cəmlədi.
– Hə burdaymış ki. yaxşı, bu ağrı”.
İki əsr sonra Bəxtiyar Vahabzadə yazırdı:
Şam əgər yanmırsa yaşamır demək.
Onun da sevgisi yanmağındadır.
Yəni insan yanmırsa, ağrımırsa yaşamır.
Qəribədir ki, İliç ağrısını tapan kimi özünə növbəti sualı verir:
– “Bəs ölüm? O hardadır?”
Deməli, insana ölüm versən həyatı, həyat versən ölümü istəyəcək. 
IV
“İvan İliçin ölümü” povestinin strukturu da çox gözəl qurulub. Əsər İliçin ölüm xəbəri ilə başlanır. İliç “birinci dəfə” ölür, amma müəllif bunu oxucuya fakt kimi yox, başqasının eşitdiyi  xəbər kimi qəbul etdirir. 
Sonra İliçin arvadı və hüzr mərasimi haqda danışılaraq qəhrəmanın kimliyinə və uşaqlığına keçilir, həmin hadisələr təsvir olunur, daha sonra İliçin necə vəzifə qazanması, ucalması, xəstələnməsi və ölümü bu dəfə fakt kimi təsvir olunur. Bu isə İliçin taleyi – faktiki ölümü idi. Bu yolla Tolstoy ölümün “isti və soyuq” (xəbər və fakt –tale) üzünü göstərir. Ölüm ölən üçün fakt, digərləri üçünsə sadəcə xəbərdir – mesajın tutarlılığı insanı heyran edir.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)