vaxtlı-vaxtında oxuyun! Cümə, 24 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0123 AZN
Rusiya rublu 1 RUB = 0.0291 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2659 AZN
Türk lirəsi 1 TRY = 0.4329 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MÜƏLLİF  
12:33 | 7 sentyabr 2014 | Bazar Məqaləyə 1827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qubad İbadoğlunun «tökmədiyi tərlər» ... »

... Və ya Müsavatda başqanlıq uğrunda mübarizə

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Siyasi proseslərin burulğanına qoşulub əməlli var-gəl edənlər, çox vaxt daxili həyəcanlarını gizlətməyə çalışırlar. Təbii, siyasi fikirlərinin hər zaman gündəm yaratdığının fərqinə varanlar da var. Hətta, o tip siyasətçilər sərsəm çıxışlarından vəcdə gəlirlər.

Nədənsə, siyasət oyununda qaydaları hərə öz bildiyi kimi idarə etməyə çalışır. Hadisələrə soyuqqanlı yanaşma sərgilədiklərini düşünənlərin iç dünyası isə fərqli mənzərəni ortaya qoyur.

Həftənin siyasi hesabatını təqdim edirəm.

Yola saldığımız həftə ərzində müxalifət cəbhəsində qurultaya hazırlıqla bağlı canfəşanlıq diqqət çəkdi. Belə ki, Sentyabrın 27-nə nəzərdə tutulan Müsavat Partiyasının qurultayı ətrafında qızğın mübarizənin getdiyinin şahidiyik. Düzdür, başqanlığa iddialı olanlardan bəziləri istisna olmaqla, kimi dindirirsən deyir, «başqanlığa namizəd olub-olmayacağım bəlli deyil. Ay hay. Necə deyərlər, siz susursunuz, biz də nə vaxt bu susqunluğun aradan götürülməsinə tamaşa etməliyik?! Görəsən, bu necə susmaq formasıdır?! Birdəki burda qəbahətli pis nə var?!

Onsuz da, ünvanlara göndərilən atmacalı sözlər bütün detalları ortaya qoyur. Üstəlik, elə zəmanədə yaşayırıq ki, ünvanlı məktubların əhatə dairəsi daha çərçivəyə sığmır. Yəni kiminsə ünvanına söz göndəririk və mütləq mətbuatda müzakirə obyektinə çevrilir.

Elə iqtisadçı alim Qubad İbadoğlu ilə Arif Hacılı da müasir texnologiyaların əlində çaş-baş qalıb. Bilmirəm, bu nüfuzlu şəxslər üz-üzə gələrək ümumi razılığa gələ biliblər yoxsa yox.

Amma, qurultay öncəsi Qubad İbadoğlunun Arif Hacılının namizədliyini irəli sürdüyü təqdirdə icra aparatı rəhbərliyindən imtina etməsini məqbul görməsi Arif bəyin təəssüfünə səbəb olub. Qubad bəy deyir ki, Arif Hacılı başqanlığa namizəd olarsa, Müsavat Partiyası İcra Aparatının rəhbər vəzifəsindən imtina etməlidir. Deyirəm də, başqanlığa namizədlər təmkinli görünmək istəsələr belə, bu siyasətdə hər hansı mövqeyə sahiblənmək üçün susmaq əlverişli hesab olunmur.

Bu arada Qubad İbadoğlu yaman narahatdır. Bəzi həmkarları onu mitinqlərin qarlı, yağışlı, qızmar günəşli vaxtlarında meydanlarda bərkiməməsini əsas gətirərək «Qubad İbadoğlu hara, Müsavatın başqanı olmaq hara» - deyirlər. İndi Qubad bəy də gecə-gündüz mitinqlərdə «tökmədiyi tərlər»in əvəzini çıxır. Deyir «mən mitinqlərə, yürüşlərə hədəf kimi yox, vasitə kimi baxıram». Əslində, burda qeyri-adi heç nə yoxdur. Sadəcə, başqanlığa namizədlər arasında gərgin mübarizə gedir.

Hadisələri kənardan izləyən Müsavat başqanı İsa Qəmbər isə çoxdan öz namizədini seçib. Kim bilir, bəlkə də İsa bəyin Müsavatın başqanı görmək istədiyi şəxs elə Qubad İbadoğludur. Hələ ki, susmağı dəyərləndirən İsa bəydən fərqli olaraq, qardaşı Rövşən Qəmbər isə Qubad bəyi dəstəklədiyini bəyan edib. Nə deyirik, xeyirli olsun. Həmçinin, başqanlıq məsələsində Qəmbərlərin hədəfinin eyni nöqtəni nişan alıb-almamasına gəlincə, bunu bilməyimizə elə də uzun vaxt qalmayıb.

 

***

 

Yola saldığımız həftənin əsas siyasi hadisəsi Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayib Ərdoğanın Bakıya səfər etməsi və ardınca, Azərbaycan-Ermənistan prezidentlərinin NATO sammiti çərçivəsində görüşməsi ilə yadda qaldı.

Düzdür, bir müddət öncə Türkiyədə keçirilən inaqurasiya mərasiminə Ermənistan nümayəndə heyətinin də dəvət olunması bir çox sualların yaranmasına nədən oldu.

Əcəba, bu dəvətin arxasında Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi aktual ola bilərmi? Yaxud da Ermənistan –Türkiyə dövlətlərarası əlaqələrin bərabərlik müstəvisində genişləndirilməsinə zəmin yaradarmı? Təbii ki, bu qədər sualların əhatəsində ümumi bir cavab vardı. Əgər Ermənistan-Türkiyə sərhədləri açılarsa, iki dövlət arasında yaxın əlaqələr gerçəkləşərsə, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına zərbə endirməklə yanaşı, Dağlıq Qarabağ məsələsinin «dondurulması» daha real görünər.

Məsələnin digər tərəfi isə Ermənistan hökumətinin, Türkiyə ilə iqtisadi-siyasi müstəvidə paralel inkişaf etməsi istəyinin real görünməsidir. Türkiyə hökumətinin kiçik jesti qarşısında «əriyən» Ermənistan dövləti nə vaxtsa Türkiyə ilə «aralarındakı buzların əriməsi»ni səbirsizliklə gözləyir. Düzdür, bir neçə dəfə sərhədlərin açılması məsələsi gündəmə gəlsə də, Azərbaycan dövlətinin sərt reaksiyası mövzunun aktuallığını «sıfıra» endirib. 2008-ci ildə Türkiyənin keçmiş prezidenti Abdulla Gülün Cənubi Qafqazın işğalçı dövlətində futbol izləmək sevdasından «ağzında şirə qalan» Ermənistan, Türkiyənin son dəvətini özünəməxsus şəkildə «dəyərləndirmiş» kimi görünür.

2008-ci ildə Cənubi Qafqazda yaşanan futbol həyəcanından sonra Ermənistan hökuməti Sürix Protokolunun imzalanmasına nail olsa da, sonda Türkiyə parlamenti protokolu ratifikasiya etmədi. Görünür, Ermənistan hökuməti Türkiyəyə edilən dəvətin ardınca, «növbəti Sürix» protokolunun imzalanması arzusunda imiş. Ərdoğanın Bakı səfəri isə Ermənistan prezidenti Serj Sərkisyanın sərsəm planlarının üstündən xətt çəkdi. Prezident İlham Əliyevlə mətbuat konfransı keçirən Ərdoğan, Dağlıq Qarabağ məsələsi həll olunmayınca, Ermənistan-Türkiyə sərhədlərinin açılmasının mümkünsüzlüyü bir daha bəyan etdi.

Deyəsən, Rusiyanın forpostu olan Ermənistana boynunda kəndirin, ağzında sümüyün» olması rolunu «ifa etməsi» işinə yarayır. Hər halda, Cənubi Qafqazın işğalçı dövlətinə bölgədə də Türkiyədən savayı «gözün üstə qaşın var» deməyə cəsarət edən yoxdur. Azərbaycanlı girovların geri qaytarılması məsələsində bir daha bunun şahidi olduq.

NATO-nun zirvə sammitində ABŞ-ın dövlət katibi Con Kerrinin başçılığı ilə ABŞ-Azərbaycan-Ermənistan dövlətlərinin üçtərəfli görüşü zamanı da əsas diqqət son vaxtlar cəbhədə yaşanan gərginliyin pislənilməsi və Dağlıq Qarabağ məsələsində danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Bu dəfə də işğalçı və cinayətkar Ermənistan, «süddən çıxan ağ qaşıq» təsiri bağışlamağa cəhd etdi. . Beləliklə, Uelsdə keçirilən NATO sammitinə müzakirələr formatında yekun vuruldu. (modern.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)