vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
13:07 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2644 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran səfirliyi həddini aşdı

Elçilik Bakıda keçirilən tədbirlə bağlı bəyanatında Azərbaycan dövlətinə ağıl öyrətməyə cəhd edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Azərbaycandakı səfirliyi Bakıda Dünya Azərbaycanlılarının Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən tədbirlə bağlı sərt bəyanat yayıb. «Qafqazinfo»ya daxil olan məlumatda DAK separatçı tədbirlər keçirməkdə ittiham olunub:

«Xalq kütləsinə söykənməyən, siyasi yeri olmayan və dövlət himayəsindən məhrum olan bu kiçik dəstə təcrid olunmadan qurtulmaq üçün bu qəbil toplantılar təşkil edir. Bu toplantıda uzun illər boyu İran və Azərbaycan xalqlarının düşmənlərinə xidmət göstərməklə tanınan şəxslər indi də iki dost və qardaş ölkə arasında münasibətlərin genişlənməsini hədəf alaraq sehyonizm mediası ilə birlikdə iki millətin dostluq əlaqələrini zəiflətmək və separatçı düşüncələrin yayılması ilə məşğul olublar».

Daha sonra bəyanatda deyilir: «Xoşbəxtlikdən iki ölkənin xalqı və rəhbərlərinin agahlığı və diqqəti sayəsində düşmənlərin provakasıyaları neytrallaşmış və iki ölkə arasında münasibətlər genişlənməkdədir. İran səfirliyi separatçı dəstənin İran İslam Respublikasına qarşı hörmətsizliyinə dözməyəcək, həmçinin diplomatik və qanuni yollarla böyük İran milləti və xüsusilə də bu ölkənin qeyrətli azərbaycanlılarına qarşı edilən təhqirə hüquqi qiymət verilməsi məsələsini gündəmdə saxlayacaq.

İran İslam Respublikası öz ölkəsində Azərbaycan əleyhinə bu kimi toplantıların təşkil edilməsinə icazə vermir və Azərbaycanın dövlət rəsmilərindən də İranın ərazi bütövlüyünü sual altına alan bu kiçik separatçı dəstə ilə qanun çərçivəsində davranacağını gözləyir».

Qeyd edək ki, dünən Bakıda DAK-ın təşkilatçılığı ilə «Yaxın Şərqdə baş verən proseslər: Güney Azərbaycandakı son durum» mövzusunda geniş müzakirələr keçirilib. Müzakirələrdə bildirilib ki, Güney Azərbaycan türklərinin üzləşdiyi problemlər diqqətdə saxlanılmalıdır. Azərbaycan dövləti Yaxın Şərqdə baş verən dəhşətli hadisələr fonunda Güney Azərbaycana sahib çıxmalıdır. Yaxın Şərq ölkələrində, İranda əzilən türklərdir, amma Türk dünyası sanki baş verənləri görmür. Türk dövlətləri millətinə biganədir. Elmi və ictimai dairələr məsələyə xüsusi önəm verməlidirlər.