vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
14:36 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 3067 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Polisə «mal oğrusu» dediyi üçün ...»

«Bu ifadələr Ziyalılar Birliyinin sədri adını daşıyan bir şəxsə heç yaraşmır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevi məhkəməyə verməsi məsələsinə rəsmi aydınlıq gətirilib.

Bununla bağlı «Trend»in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov bildirib ki, Azərbaycan polisini «mədəniyyətdən və etik davranış qaydalarından məhrum», «mal oğrusu», «ova çıxmış tülkü» adlandırıb təhqir edən adını Ziyalılar Birliyinin sədri qoymuş Eldəniz Quliyev daxili işlər nazirinin onu məhkəməyə verməsini özünün ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir. Ayrı-ayrı açıqlamalarında fikirlərini dəyişərək, nazir Ramil Usubovun adını göstərmədiyi halda məhz nəyə görə onun tərəfindən məhkəməyə verildiyini qabardır. «Əvvəla, dövlətimizin əsas sütunlarından, dayaqlarından biri olan, dövlətə, dövlətçiliyə, dövlət müstəqilliyinə, hər bir Azərbaycan vətəndaşına xidmət edən Azərbaycan Polisi haqqında nalayiq ifadələr işlətmək, ən azından, Ziyalılar Birliyinin sədri adını daşıyan bir şəxsə heç yaraşmır.

İkinci, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi, sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur və qanunvericilikdə böhtan və təhqir əməllərinə görə cinayət məsuliyyəti müəyyən edən hüquqi norma mövcuddur.

O ki, qaldı iddianın daxili işlər naziri tərəfindən verilməsinə, qanunvericiliyə əsasən, nazir rəhbərlik etdiyi icra hakimiyyəti orqanı əməkdaşlarının hüquqlarının müdafiəçisidir və bununla bağlı çoxsaylı polis əməkdaşlarının DİN-ə müraciətləri nəzərə alınıb, qanuna uyğun olaraq məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilmişdir ki, burada da təəccüb doğuracaq bir şey yoxdur, «- deyə S.Gözəlov qeyd edib.