vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
CƏMİYYƏT  
14:41 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1622 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Leyla Yunusa hücum olmayıb

Penitensiar Xidmət iddiaları təkzib etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hüquq müdafiəçisi Leyla Yunusa saxlanıldığı kamerada digər məhbus tərəfindən hücum edilməsi ilə bağlı vəkil Fariz Namazlının iddialarına münasibət bildirilib.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, mətbuatda istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri barədə təsdiqini tapmamış və yoxlanılmamış məlumatlar dərc olunur. Leyla Yunusla bağlı yayılmış məlumat da təsdiqini tapmayıb.

Penitensiar Xidmət xatırladır ki, bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığı dəfələrlə bəyan edilib: «Subyektiv hisslərdən irəli gələn bu cür məlumatların yoxlanılmadan və aidiyyəti orqanlarla dəqiqləşdirilmədən yayılması ictimaiyyətdə təşviş və həyəcan yaratmağa yönəlib.

Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə saxlanılan bütün şəxslər AR Cəza İcra Məcəlləsində, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» qanunda nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə edirlər. Belə ki, təqsirləndirilən və azadlıqdan məhrum edilmiş şəxslərin cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, tibbi, hüquqi və psixoloji yardımlar almaq, dini ayinlərin icra edilməsində iştirak etmək, təhsil almaq və peşə hazırlığı keçmək kimi əsas hüquqları cəzanı icra edən orqan tərəfindən tam təmin olunub.

Qanunda nəzərdə tutulmuş həmin hüquqların həyata keçirilməsi üçün bütün müəssisələrdə müvafiq şərait yaradılıb».

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bir daha kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, ictimaiyyətdə təşviş yaratmağa yönəlmiş bu cür qərəzli məlumatların yoxlanılmadan və dəqiqləşdirilmədən dərc edilməsi yolverilməzdir, jurnalist etikasına və peşəkarlığa ziddir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *