vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
16:57 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1956 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlik əlavə səlahiyyət istəyir

«Vacib dərsliklərə əvvəlcədən sifariş vermək səlahiyyətinə ehtiyac var»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Təhsil Nazirliyi dərslik müəlliflərinin seçimində səlahiyyətli deyil. Hazırda dərsliklərin hazırlanması müsabiqə yolu ilə həyata keçirilir». Bunu lent.az-a açıqlamasında Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib.

O qeyd edib ki, bəzən dərslik yazılması işinə yaxın gələn olmur: «Məsələn, bu il fransız dili dərsliyi müəlliflərin nəşriyyata gec cəlb olunmasından tender komissiyasına vaxtında cəlb edilə bilmədi. Bu mənada nazirlik hesab edir ki, ehtiyat vasitə kimi gələcəkdə nazirliyə vacib dərsliklərə əvvəlcədən sifariş vermək səlahiyyəti verilməlidir. Sabah əgər müsabiqəyə, Tender Komissiyasına heç bir iş təqdim olunmasa, həmin ehtiyat dərslikdən variant kimi istifadə edilsin. Bu istiqamətdə işlər gedir. Türkiyədə dərsliklərin bir hissəsi dövlətin sifarişi ilə yazılan dərsliklərdir, onlar dövlət dərslikləri kimi qeyd olunur. Digər dərsliklər isə özəl şirkətlər tərəfindən müsabiqə yolu ilə yazılır. Hər ikisi dövlətin hazırladığı standart və altstandarlar əsasında yazılır».

Şöbə müdirinin müavini vurğulayıb ki, müəllif seçməyə nazirliyin səlahiyyəti yoxdur: «Nazirlik yalnız elanı verir, nəşriyyatlar özü elanı tapır. Müəllifin də adı gizli saxlanılır. Əgər o, qalib elan olunursa, ondan sonra nəşriyyat tərəfindən həmin müəllifin adı açıqlanır». Ə. Quliyev vurğulayıb ki, Təhsil Nazirliyi hər zaman dərsliyin keyfiyyətinin yüksək olmasına çalışır: «Bu istiqamətdə iş aparırıq».