vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 1.9941 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2440 AZN
Türk lirəsi 1 TRY = 0.4395 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ƏDƏBİYYAT  
17:04 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 967 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AYB-nin bəxti açılmayan layihəsi...

«Ən yaxşı şeir» müsabiqəsi ən pis halda da baş tutumur

EMİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə ay bundan öncə «Səməd Behrəngi» adına mükafatlar və «Ən yaxşı şeir» müsabiqəsinin elan olunması haqda xəbər vermişdik. Ədəbi gündəmdə müəyyən dərəcədə maraq oyadan müsabiqələrin taleyi barəsində aylar ötsə də bir xəbər yoxdur. İndiyə kimi nəticələr açıqlanmayıb, nə də müsabiqələrin taleyindən bir xəbər var.

AYB-nin mətbuat xidmətinin rəhbəri, «Ən yaxşı şeir» müsabiqəsinin təşkilatçısı Xəyal Rza bu məsələyə aydınlıq gətirib.

AzVision.az-a açıqlamasında X.Rza bildirib ki, müsabiqənin nəticələrinin gecikməsinin əsas səbəblərindən biri müsabiqədə gözləniləndən çox yazarın iştirak etməsidir:

«Müsabiqədə təxminən 200-ə qədər yazar iştirak edir. Həm yay fəslinin olması, həm də iştirakçıların çoxluğuna görə, müsabiqənin yekunlaşma vaxtı uzandı. Həmçinin, müsabiqədə iştirak edən hər bir yazarın şeirləri sayta yerləşdirildiyinə görə, bunun özü də zaman alır. Çünki biz, müsabiqədə iştirak edən hər bir yazarın təbliğatının da aparılmasını istəyirik».

X.Rza müsabiqənin nəticələrinin noyabr ayında açıqlanacağını bildirib: «Bu müsabiqəni tək AYB deyil, «Nəşriyyat və Poliqrafiyaçılar» birliyi ilə birgə keçiririk. Onların rəhbərliyinin də həmin vaxt burada olacağını və sadaladığım səbəbləri nəzərə alaraq müsabiqənin nəticələri noyabr ayında açıqlanacaq».

«Səməd Behrəngi» adına təsis edilmiş müsabiqənin təşkilatçısı, AYB-nin Güney Azərbaycan bölməsinin sədri Sayman Aruz nəticələrin sentyabr ayında açıqlanacağını bildirib: «Müsabiqəyə göndərilən əsərlərin ilkin qiymətləndirmə mərhələsi başa çatıb. Yekun nəticələri əldə etmək üçün ikinci mərhələyə start verilib. Ümid edirik ki, sentyabrın sonuna qədər qaliblərin adı bilinəcək».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *