vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:28 | 26 sentyabr 2014 | Cümə Məqaləyə 3010 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yeni tanklar, raketlər alırıq»

Asim Mollazadə: «Azərbaycan ərzaisinin 20 faizini itiribsə, Ermənistan müstəqilliyini 100 faizini də itirib»

Fərhad MƏMMƏDOV, Tiflis

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan və Gürcüstan böyük imperiyaların maraqlarının toqquşduğu mürəkkəb regionda yaşayır. Belə çətin regionda yaşaya bilmək üçün əməkdaşlıq, səylərin birləşdirilməsi gərəkdir».

Bu haqda Azərbaycan parlamentinin üzvü Asim Mollazadə «Şərq Tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərin hüquqi fəsadları» mövzusunda Tiflisdə keçirilən konfransdakı çıxışında bildirib.

Virtualaz.org saytının Tiflisə ezam edilmiş əməkdaşı xəbər verir ki, Asim Mollazadə Ukraynada indi yaşananları Azərbaycanın 25 il əvvəl yaşadığını xatırladıb.

«İndi hamı Ukraynaya qarşı tətbiq olunan metod və hərbi texnologiyalardan, «yaşıl adamcıqlar»dan, yaxud «nəzakətli adamlardan» danışır. Azərbaycan bu texnologiyaları öz üzərində hələ 25 il əvvəl, Qarabağ münaqişəsi başlayanda hiss edib» - deyə A.Mollazadə çıxışında bildirdi.

Deputat Azərbaycan və Gürcüstanın müstəqilliklərinin ilk illərində, azadlığa can atdıqları bir vaxtda ərazilərinin işğalı, etnik təmizləmə ilə üzləşdiklərini xatırlatdı.

A.Mollazadə dedi ki, həmin illərdə Qarabağda, Cənubi Osetiyada, Abxaziyada baş qaldıran aqressiv separatizm qəddar cinayətlər, etnik təmizləmələrlə müşayiət olundu: «Xocalıda hansı dəhşətli cinayətlərin törədildiyini dünya bilir. Bu cinayətdə təkcə erməni əsgərləri yox, rus ordusunun 366-cı alayı da iştirak edib. Mən Xocalı soyqırımını törədən erməni ASALA terror təşkilatının üzvlərindən birinin qardaşı tərəfindən ABŞ-da dərc edilmiş kitabı oxumuşam. Orada Xocalıda azərbaycanlı uşaqların necə qəddarlıqla qətlə yetirildiyinə dair dəhşətli səhnələr yer alır».

A.Mollazadənin sözlərinə görə, Azərbaycan, Gürcüstan rus imperiyasının qurbanlarıdır və ərazilərinin 20 faizini itirməklə bərabər azadlıqlarının da 20 faizini itirməli olublar: «Ancaq Azərbaycan işğal nəticəsində müstəqilliyinin 20 faizini itiribsə, Ermənistan 100 faiz müstəqilliyini itirib, faktiki olaraq Rusiyanın tərkib hissəsinə çevrilib».

Məruzəçi beynəlxalq institutların - BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa Parlamentinin və digərlərinin Qarabağa dair qətnamələrinin kağız üzərində qaldığını da xatırladı.

Deputat bildirdi ki, böyük dövlətlər, imperiyalar həmişə Azərbaycan, Gürcüstan kimi kiçik dövlətlər üzərində öz oyunlarını oynamağa çalışırlar, ikili standartlara yol verirlər: «Bu gün dünyada hüquqi nihilizm hökm sürür. Sual yaranır: necə olur ki, BMT Təhlükəsizlik Şurasının Liviyaya dair qəbul etdiyi qətnamə 3 saat ərzində həyata keçirilir, ancaq Qarabağa dair qətnamə 20 ildən çoxdur kağız üzərində qalır?»

A.Mollazadə qeyd etdi ki, Azərbaycan üzləşdiyi işğal probleminə görə hər il öz büdcəsinin əhəmiyyətli hissəsini sosial problemlərin həllinə, təhsilə, səhiyyəyə yönəldə bilmir. Bu pullar yüz minlərlə qaçqın-məcburi köçkünün problemlərinə, habelə silahlanmaya sərf olunur.

«Biz bu vəsaitlərə məktəblər, xəstəxanalar tikə bilərdik, ancaq yeni tanklar, raketlər almağa məcburuq. Bu, dəhşətdir» - deyə A.Mollazadə bildirdi.