vaxtlı-vaxtında oxuyun! Şənbə, 22 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
14:40 | 16 oktyabr 2014 | Cümə axşamı Məqaləyə 1167 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kim istəsə, qala bilər»

Abid Şərifov: «Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sovetski»də heç kimin evi zorla sökülmür, bu barədə söhbət ola bilməz». «Trend»in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib. A.Şərifov vurğulayıb ki, «Sovetski» sakinlərindən kim istəsə, qalıb orada yaşaya bilər.

Bəzi vətəndaşların kompensasiyanın azlığından şikayət etməsinə münasibət bildirən Baş nazirin müavini vurğulayıb ki, verilən kompensasiya az deyil: 

«Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz. «Mən 15 kvadratmetr ərazidə yaşayıram, onu satsam, gedib özümə başqa yerdən ev ala bilməyəcəm» məsələsi başqa sualdır. Bu barədə düşünürük. Yəqin ki, bu məsələ həll olunacaq, buna vaxt lazımdır. Amma kim istəyir gedir, kim istəyir qalır. Onlar bütün kommunikasiya xətləri ilə təmin olunurlar. Heç kim evindən zorla çıxarılmır».

Bakıda olan sənədsiz evlərlə bağlı məsələyə gəlincə, A.Şərifov qeyd edib ki, heç kimin sənədsiz evi sökülmür: «Bu günə qədər kim deyə bilər ki, kiminsə sənədsiz evi sökülüb, vəsait verilməyib. İstər şəhərdən kənarda, istər şəhərin mərkəzində yollar çəkilir. Kim deyə bilər ki, bir nəfər Azərbaycan vətəndaşının sənədsiz evi sökülüb vəsait ödənilməyib. Bu, ola bilməz. 3-cü mikrorayonda evlərin 90 faizinin sənədi yoxdur, orada tunellərin, körpülərin tikintisi ilə bağlı 100-dən çox ev söküldü. Heç birinin sənədi yox idi, amma hamısına kompensasiya ödənilib. Heç kim narahat olmasın».



   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *