vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
15:14 | 5 noyabr 2014 | Çərşənbə Məqaləyə 1713 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaribaşvili ölkədəki siyasi böhrandan danışdı

Baş nazir müavinləri istefaya göndərdi

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə davam edən siyasi böhrana münasibət bildirib. Bu barədə AzVision.az gürcü KİV-ə istinadən xəbər verir.

Qaribaşvili bildirib ki, baş verən istefalara baxmayaraq Gürcüstanın xarici siyasətində heç bir dəyişiklik olmayacaq: «Ölkənin xarici siyasət kursunda dəyişiklik olmayacaq, bu bizim ölkənin və hökumətimizin seçimidir. Biz bu işi sona çatdıracağıq», - deyə Qaribaşvili vurğulayıb. 

Bu arada İrakli Qaribaşvili ölkənin müdafiə nazirliyinin istefaya göndərilməsi ilə bağlı sərəncam imzalayıb. 

«Müdafiə nazirinin birinci müavini və müavinlərinin səlahiyyətləri dayandırılmışdı», - deyə ölkə hökumətinin saytında dərc olunan məlumatda bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstan xarici işlər naziri Mayya Pancikidze tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Daha əvvəl Gürcüstanda Müdafiə Naziri İrakli Alasaniyanın istefaya göndərilməsindən sonra Avrointeqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili də istefa edəcəyini bildirib.

Son müsahibəsində Petriaşvili «Diktatura yaxınlaşır, demokratiya təhlükədədir. Sabah mən yazılı şəkildə baş nazirə istefa barədə müraciət edəcəm» - deyə bildirmişdi.