vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
12:24 | 5 noyabr 2012 | Bazar ertəsi Məqaləyə 2953 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ömrə yağan payız»

Anar YUSİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Yağış doğmadan doğma və heç nə ilə müqayisə olunmayan torpaq qoxusunu yerin təkindən dartıb çıxarır: torpağın ətri yalnız suyu canına çəkəndə ətrafı başına götürür; yaşlanmış, ixtiyar biri haqqında «canı suludur» ifadəsinin kökü də yəqin burdan gəlir.

Su çəkiləndə torpaq cadarlaşır, insan qaxaclaşır, ruhu bədənini tərk edir - «suyu süzülür». Bəlkə də ona görədir ki, göydən yerə enən hər damlanı canımızla-qanımızla hiss edirik; yağış ovqatımıza, ruhumuza təsir edir, çünki dünyanı dəyişir. 
Yalnız yağışda dünyanı bütün çalarları, əlvanlığı ilə görə bilirik. Heç də yağışın yerin üzünü hər üzünə yumasını və rəngləri olduğu kimi özünə qaytarmasını nəzərdə tutmuram; heç yağışdan sonra atılıb-düşən yerin sevincini qurşaq kimi göyün üzünə çəkməsini, hər zaman gizlətdiyi gülüşünün rənglərini hamıya açmasını da demirəm: yağışdan sonra torpağın göy rəngi almasını, özünü göyə bənzətməsini, yerin-yurdun göyərməsini qəsd edirəm.
Yağış varsa – həyat var demək: hansı fəsildə yağmasından asılı olmayaraq.
Bu yağışı da hamı gözləyirdi – bir müddət əvvəl daş döşəmələrdən ayrılıb bir günlük dağlara yollananda gördüyüm, qara, bərəkətli, amma susuzluqdan cadar-cadar olmuş torpaqdan seçilməyən insanların dili də, göyə dikilən gözləri də su axtarırdı.
Amma… payıza bürünən yağış öz soyuğu ilə həmişə ürəyi üşüdür. Sanki gecikmiş vüsaldır – ömrü uzunu yay sevgisində qovrulan torpaq qış ölümü ərəfəsində həyatla qucaqlaşır; sanki düşmən gülləsinə tuş gələn əsgərdir - ürək yanğısını soyutmaq üçün «ölümünə» bir udum su içir; sanki baharın son şansıdır - ömrün qışına yollanan insanın onu sonuncu dəfə görməsi üçün. 
Payız yağışı – ürəyə çilənən axirət nurudur: sondan sonrakı başlanğıcı müjdələyən soraqçıdır…
Payız yağışından silkinən Bakının gözlərim önündə açılan səhərinə söykənmişəm. 
Sökülən üfüq şəhərin yağışdan qorunmaq üçün üstünə atdığı qaranlıq plaşını silkələyir. 
Axşamdan üstündə qalan yağış damlaları qaranlığın üstündən səhərə tökülür.
Hələ torpaq ətri özünü qışa təslim etməyib…

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)