vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
11:23 | 7 noyabr 2014 | Cümə Məqaləyə 2427 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parisdə «İŞİD»-in 200 nəfərlik xüsusi bölməsi var

Fransa təhlükəsizlik orqanları keçirdiyi əməliyyatı açıqlamır

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriya və İraqda böyük ərazilər ələ keçirmiş «İŞİD» terror qruplaşmasının 200 nəfərədək üzvü olan bölməsi Fransanın paytaxtı Parisdə fəaliyyət göstərir.

Bunu İraqın daxili işlər nazirinin müavini Adnan əl Əsədi bəyan edib. Bu barədə APA «TASS»-a istinadən məlumat yayıb.

«İnterpol»un Baş Assambleyasının Monakoda keçirilmiş iclasında çıxış edən nazir müavinin sözlərinə görə, qeyd olunan qruplaşmanı İraq və Fransa kəşfiyyatı aşkarlayıb. Hazırda onların gizli müşahidəsi aparılır. «Bölmənin üzvlərinin sayı artıq 200-ü keçib», - deyə əl Əsədi bildirib.

Onun sözlərinə görə, İraq və Fransa kəşfiyyatı qurumları bir həftə əvvəl məxfi əməliyyat keçiriblər. Lakin məmur təfərrüatları açıqlamaqdan imtina edib. Aşkarlanmış qrupun üzvlərinin milliyyəti məlum deyil. Həmçinin saxlanılanların olub-olmaması barədə də heç bir məlumat yoxdur.