vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:59 | 20 noyabr 2014 | Cümə axşamı Məqaləyə 1426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənasız və məntiqsiz...»

Ziyafət Əsgərov həmsədrləri təxribat yaymaqda günahlandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ATƏT-in Minsk Qrupu həmsədrlərinin cəbhənin Ağdam istiqamətində vurulmuş erməni helikopteri ilə bağlı bəyanatına münasibət bildirib.

«Qafqazinfo»nun xəbərinə görə, Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Z. Əsgərov bildirib ki, ATƏT-in həmsədrləri son açıqlamalarında təxribatlı bəyanat veriblər: «Bəyanatda iddia edilir ki, guya vertolyot neytral əraziyə düşüb. Bu nə deməkdir? Burada heç bir neytral ərazidən söhbət gedə bilməz. Vertolyotun düşdüyü ərazi Azərbaycan ərazisidir. ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Onların bu cür bəyanat verməsi təxribatdır, mənasız və məntiqsizdir».