vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ELM-TƏHSİL, DİN  
13:05 | 20 noyabr 2014 | Cümə axşamı Məqaləyə 2829 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«10 il sonra nəticə verir»

Keçmiş rektor təhsildəki islahatlardan danışdı

Sevinc İLTİFATQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Təhsil və elm sahəsində ciddi islahatlar həyata keçirilir. Lakin işlərin nəticəsinin müəyyən zamana ehtiyac var. Misal olaraq, I sinifdə görülən işlərin nəticəsini 10 ildən sonra görürük».

AzVision.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev parlamentin bu gün keçirilən plenar iclası zamanı deyib.

Komitə sədri çıxışı zamanı bir neçə təkliflərlə çıxış edib. Belə ki, o, müəllimlərin attesasiyadan keçirilməsi işlərinin sürətləndirilməsini təklif edib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər görülür, lakin işləri daha da sürətləndirməliyik.

O, eyni zamanda orta təhsil müəssisələrində həftəlik tədris yükünü aşağı salınmasını və əmək haqlarının artırılmasını təklif edib.

Daha sonra çıxış edən Sosial siyasət komitəsinin üzvü, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov isə çıxışı zamanı gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan xərclərin artırılmasını yüksək qiymətləndirib.

Ə. Əmiraslanov çıxışı zamanı onu da qeyd edib ki, Azərbaycanda adam başına düşən səhiyyə xərclərinin miqdarı aşağıdır: «İnanıram ki, bu yaxınlarda «İcbari tibbi sığorta haqqında» qanun layihəsi qəbul olunacaq və bununla da adam başına düşən sığorta xərclərinin miqdarı xeyli artacaq».