vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
11:07 | 20 fevral 2013 | Çərşənbə Məqaləyə 3271 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sən hardan biləsən…»

Anar YUSİFOĞLU

Mənim nələr çəkdiyimi hardan biləcəksən?.. Ömrün 39-cu qalasının da qapısını döyəcləyirəm; dünya onu dərk etməyim üçün hər il bir qapısını üzümə açdı: qarşıda hələ daha nə var? Qarşıda nəsə varmı?

Gəldiyim yola baxıram: ürəyimdən çalın-çarpaz cığırlar açan bu yol da dünyaya bənzəyir: öz ətrafına fırlana-fırlana Onun başına dolanır, hardan başlayıbsa, ora da qayıdır.
Dünyanın 40-cı qapısı öz sirrini beləmi açacaq bizə? Gedilən yollar başlanğıca aparırsa, niyə və hara gedirik? Gecə və gündüz kimi öz-özümüzlə üz-üzə durmaq üçünmü yol ayaqlayırıq?
Gündüz bir günəş tutulmasına dözmürsən: çünki ağ – elə ağ olmalıdır! Ancaq əslində, qaranın ağlığında, gecənin aydınlığında, qaranlığın işığında göründüyünün heç fərqində də deyilsən… Mənim nələr çəkdiyimi hardan biləsən?
 
***
 
Mənim nələr çəkdiyimi hardan biləcəksən?..
Bir ömrün divarını döyürəm 39 ildir – ürəyimin içində sızıldayan gözlərimi bir ömür qapasın deyə.
Heç gecələrin işıqlı tənhalığına çəkilib Onu yaşadınmı? Heç par-par parıldayan buz kimi soyuq ulduzları gözlərinə yığıb, közərən ürəyinin üstünə qoydunmu? Heç ürəyinin oduna basdığın bum-buz ulduzları əridib, səhəri dirigözlü açdınmı?
Tənhalığın əlindən baş götürüb təkliyinə qaçmadınsa, gündüz hamıdan gizlədiyin ürək yanğısını gecələr dəniz kimi ləpələnən gözlərinlə söndürmək istəmədinsə; qızmar günəş altında səhradakı bir damla su kimi bir udum havaya qarışacağını və kiminsə ciyərinə sərinlik gətirəcəyini gözləmədinsə; hər günü «bu da son» xoşbəxtliyinə uçunub, ömrü tərs üzünə çevirən dan yerinə «yenə başlandı?» nidasıyla saçının qarasını bağışlamadınsa… mənim nələr çəkdiyimi hardan biləsən?
 
***
 
Mənim nələr çəkdiyimi hardan biləcəksən?
Yorulmuşam bu savaşdan: sonu onsuz da əvvəldən bəlli olan ölümlə mübarizədən artıq çoxdan çəkilmişəm.
Sən də burax bu savaşı, sonu əvvəldən bilinməyən öz-özünlə mübarizədən əl götür.
Keçdiyim yollarda izimi itirmək üçün özüm onsuz da gözümlə suvarıram ağarmış cığırları; artıq «məndən sonra» məndən əvvəl başlayıb – yolum çəmənliyə dönüb.
Burax unutmaq savaşını: o çəmənliyə çıxanda ətrafı bürüyən qoxuya ürəyimin ətrini vermişəm – məni xatırladacaq;
Cığırımın üstündə bitən o otları göz yaşımla suvarmışam – dəniz qoxuyacaq; hər dəfə bu qoxunu duyan ciyərlərin də məni xatırladacaq;
Hər addım başı qarşılaşdığı savaşda bir daha qələbə çalan Ölümü görəndə yenə yada düşərəm – Ölüm vəfasız deyil, onunla savaşı yox, barışı seçəni həmişə xatırladar!..
Mənim nələr çəkdiyimi… onda bilərsən!

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)