vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
16:10 | 8 mart 2013 | Cümə Məqaləyə 3168 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sən olmasaydın»

Anar YUSİFOĞLU

Sənə «kişi qeyrətli» dedik – amma qeyrətin elə sən olduğunu demədik, sənin qeyrətinə güvənib qürurla gəzdik; Sənə «zərif» dedik – bütün çətinlikləri, ağrıları-acıları, yerin götürə bilməyəcəyi ən ağır yükü bizimlə bölüşdün; Sənə «zəif» dedik – dünyanı silkələyən, allahlıq iddiasına düşən fatehləri qarşında diz çökdürdün; Sənə «dilsiz-ağızsız» dedik – dil pəhləvanlarını bir baxışınla lal-kar etdin…

Sənə «çiçək» dedik – dünyanın ən füsunkar çiçəklərini ayaqların altına atmaqdan ayrı yol qoymadın;
Sənə «gözəl» dedik – gözəlliyin sən olduğunu bilmədən…
Sənə həyat dedik… - doğrusu bu imiş.
 
***
 
Sən olmasaydın – dünya yaşıl rəngə boyanmazdı, ağaclar çiçək açmazdı, günəş hər gün doğmaz, ay çıxmazdı.
Sən olmasaydın – heç kim uğur qazanmaq istəməz, yarışlar keçirilməz, yaşamın mahiyyəti olmazdı;
Sən olmasaydın – dünya çoxdan məhv olmuşdu;
Sən olmasaydın… sevgi də olmazdı…
Günün hansı rəngdə olmasını sən müəyyənləşdirirsən: istərsən qara olar, istərsən ağ; istərsən günü göy əskiyə büküb boynumuzdan asar, qəddimizi əyər, istərsən günün işığına çevrilib üzümüzdə saçarsan.
Sənə sahiblənmək istəyənin ixtiyarını əldən alan, ona sahiblənən sənsən!
Yaşamın mənası da bundan ibarətdir: sən olmasaydın kim qul olmaq istərdi ki!
 
***
 
Bir alman sosialistinin inadı ilə insanlıq ilin bir gününü – 8 martını sənə həsr eləyib.
Əslində, ilin bütün ayları, ayın bütün günləri, günün bütün anları sənindir; Sən özün anları, günləri, ayları bizə bəxş edənsənsə, sənə bir gün ayırmaq nə demək?
Sən həyatın, yaşamın «nəmini» alıb, bizi ömrümüzə düşən qayğı güvəsindən, məişət aşınmasından qoruyansan!
Səni necə təbrik edim? Bu, özünəvurğunluq, müştəbehlik olmazmı?
Sən məni təbrik elə - Tanrının dünyaya göndərdiyi hədiyyə kimi…

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)