vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
12:14 | 4 may 2013 | Şənbə Məqaləyə 2848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz harda səhvə yol verdik?»

Anar YUSİFOĞLU

Cəmiyyətin mövcudluğu və özünütənzimləməsində ailənin rolunu layiqincə qiymətləndirə bilirikmi? Bu sualın hardan yarandığını izah etmək məcburiyyətindəyəm. Artıq neçə aydır ki, ailə zorakılıqları barədə xəbərlər gündəmi zəbt eləyib: “arvad ərini bıçaqladı”, “yatan yerdə dəmirlə vurub öldürdü” və yaxud “bacı qardaşından hamilə qaldı”, “ata qızına təcavüz etdi”…

Nələr baş verir, cənablar? Bu inanılmayacaq səviyyədə ibtidai instinklərin cəmiyyətə sıçramasının və ictimai dövriyyəyə buraxılmasının səbəbi nədir?
Milli-mənəvi və əxlaqi dəyərlərin deqredasiyası bu saat ən aktual mövzu olaraq sosioloqların tədqiqat obyektinə çevrilməlidir. Ailə zorakılığı, xüsusilə, “qısqanclıq zəminində” arvadın ərini öldürməsi faktı müsəlman Azərbaycanında artıq hansı səviyyədə bir transformasiyanın, düşüncə dəyişikliyinin getməsindən xəbər verir. Nələr dəyişdi ki, artıq Azərbaycan xanımı öz ərini “şübhələndiyi üçün” qətlə yetirmək fikrinə düşdü? Həm də bu, təkcə meqapolis Bakıda deyil, ölkənin əxlaqi dəyərlərinin daha güclü qorunmalı olduğu regionlarda baş verir!
Nələr dəyişdi ki, qardaşın bacıya və ya atanın qızına təcavüzü haqqında informasiyadan artıq sarsılmırıq, dəhşətli depressiya keçirmirik?
Səbəblər sırasında birmənalı olaraq xarici serial və filmlərin güclü təsirini görməmək mümkün deyil. Azərbaycan yad əxlaqi baxışların ciddi təsiri altındadır: burda kişilər böyük məmnuniyyətlə həyat yoldaşlarının rəfiqələri ilə istənilən münasibətə girməyə qadirdirlər və nikahlı xanımları bu münasibəti “anlayışla” qarşılaya bilir; burda “rəfiqələr” sözünün yerində xanımın yaxın qohumlarını da yazmaq mümkündür…
Burda eyni proses əks tərəfdən də göstərilir: arvad ərinin dostu və ya doğması ilə eşq macərası yaşamaq “hüququna” malikdir.
Bu əxlaq Azərbaycan cəmiyyətinin özüllərini sarsıtmaqdadır. Təbii, iddia etmirəm ki, məhz bizim efir məkanımız günahkardır. Əksinə, serial qadağası və film seçimində telekanal rəhbərlərinin ölçü-biçili siyasəti artıq xeyli müddətdir ki, aktivdir. Ancaq peyk antenalarından, yüzlərlə xarici kanal təklif edən kabel televiziyalardan cəmiyyəti sığortalamaq, onlara hər hansı nəzarət mexanizmi tətbiq etmək faktiki olaraq mümkünsüzdür. Belə halda cəmiyyəti bu təsirlərdən necə qorumaq olar?
Səmimi etiraf edim ki, bunu sadəcə təsəvvür edə bilmirəm. Ancaq öz nöqsanlarımızı da qətiyyən istisna etmirəm və məncə, faiz etibarilə daha artıq məsuliyyəti biz daşıyırıq. Əlbəttə ki, xəbəri yaymaqla.
Qətiyyən o hökmü vermək istəmirəm ki, bir neçə on il əvvəl belə hadisələr ölkəmizdə baş verməyib. Ancaq bir qeyri-adi əxlaqsızlıq baş verirdisə, eldən qovulan belə ailələrdə yaşananlar haqqında geniş informasiya yayılmırdı. Əgər kimsə, haradasa bunu danışırdısa, inananlar inanmayanlardan daha çox olurdu. Ancaq indi vəziyyət dəyişib.
Çünki kriminal xəbərlərin sayını çoxaltmışıq, hansısa ərazidə – bölgədə – olan bir ailədaxili zorakılıq faktını təmtəraqla təqdim edirik. Hətta ölkəmizdə olmayan, xəritədə belə zorla tapa bildiyimiz hansısa ölkədə baş verən bu tip hadisəni xəbərə çeviririk.
Anlayıram, bu, bir peşə borcu, informasiya daşıyıcısının funksiyasıdır. Ancaq bu xəbərlərin tez-tez səslənməsi Azərbaycan cəmiyyətində hansı təsəvvürlərin formalaşmasına təsir edir?
Ən azı qulaqlar belə xəbərlərə alışır, insanlar artıq qardaşın bacıya, atanın qıza, qayının gəlinə təcavüzünü (və ya “qarşılıqlı razılaşmasını”), arvadın ərini baltalaması faktını istəməsələr, qəbul etməsələr belə, alırlar. Belə xəbərlərin vaxtaşırı olaraq ictimai təqdimatı isə bu əxlaqsızlığın mümkünlüyü anlayışının beyinlərdə kök salmasına səbəb olur. Yəni artıq heç kim təəccüblənmir, sadəcə, başını bulayıb, sadəcə “əxlaqsızlıq” sözünü işlətməklə ötüb keçir. Amma bu “əxlaqsızlıq” cəmiyyətdə oturuşur, axı! Gənclərin təfəkküründə belə halın baş verməsinə adi bir fakt kimi yanaşma duyğusu yaranır, axı!
Vaxtilə cinsi azlıq anlayışını beyinlər qəbul etmirdi, belə xəstəliyin mümkünlüyü təsəvvürlərimiz yox idi və bu “vaxtilə” cəmi iki onillik əvvələ, bizim tələbə dövrümüzə təsadüf edirdi. Ancaq indi müxtəlif alınma sözlərlə adlandırmağa məcbur olduğumuz “cinsi azlıqların” hüquqları gündəmə gəlməkdədir. Cəmi iki onilliyə bu qədər aşınma baş verirsə, bir onillikdən sonra bizi daha hansı dəhşət gözləyir?
Çətin sualdır və hesab edirəm ki, ümumilikdə ziyalıların müdaxiləsinə ehtiyac var. Bəlkə, belə xəbərlərə daha həssas yanaşaq? Bəlkə, ümumiyyətlə əxlaq normalarına zidd olan dəhşətləri ictimailəşdirməmək qorunmanın yollarından biridir?

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)