vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MEDİA-QHT  
00:32 | 30 noyabr 2014 | Bazar Məqaləyə 2859 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sən Amerika casususan!»

Əfsələddin Ağalarov Xədicə İsmayılı özündən çıxardı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azadlıq Radiosunun» əməkdaşı, adı müxtəlif dövlətlərdən pul alıb, təxribatçı fəaliyyətlə məşğul olmaqda hallanan jurnalist Xədicə İsmayılla həmkarı, Azxeber.com informasiya portalının rəhbəri Əfsələddin Ağalarov arasında münaqişə yaranıb.

Xədicə İsmayılın Əfsələddin Ağalarovun da iştirak etdiyi «5+» media layihəsi ilə bağlı yazdığı status, layihənin ik qonağı, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun müsahibəsinə eyham vuraraq, «Rauf Arifoğlu yalan yaymaqda davam edir. Yalan olmayan çox az cümlə tapmaq olar bu nitqdə. Xitab etdiyi dairəni də müəyyənləşdirib - Rauf Arifoğlunun yeni dairəsinə baxın. Əfsələddin Ağalarov, Hacıbəy Heydərli. Çox düşüb!» ifadəsini qarşı tərəf cavabsız qoymayıb.

Əfsələddin Ağalarovun «Xədicə İsmayıl kimi vətənini və millətini ermənilərin yanında aşağılamaqdansa, Əfsələddin Ağalarov və Hacıbəy Heydərli kimi «təcrübəsiz» olmaq daha yaxşıdır...» cavabı X.İsmaylı özündən çıxarıb.

Bir neçə şərhlə davam edən söz atışması sonda Ə.Ağalarovun X.İsmayıla «Sən Amerika casususan», X.İsmayılın isə birinciyə xitabən «Ə.Ağalarov rədd ol burdan!» şərhləri ilə yekunlaşıb.

Daha sonra müxtəlif saxta profillərlə statusa şərhlər yazan Xədicə İsmayıl özünü «vətənpərvər» kimi təqdim etməyə çalışıb.