vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
14:45 | 19 dekabr 2014 | Cümə Məqaləyə 2472 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycanın bacarıqlı rəhbərliyi var»

«Kosmosa çıxış, «Eurovision» kimi təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır»

«Bakıda çoxsaylı dostlarım və Azərbaycanın bacarıqlı rəhbərliyi var. Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır».

APA-nın məlumatına görə, bunu Azərbaycan alimlərinin I Qurultayında məşhur alim Lütfü Zadə video-müraciətində söyləyib.

L.Zadə bildirib ki, ətrafındakı qeyri-sabitlik Azərbaycana təsir etməyib: «Azərbaycanın uzaqgörən rəhbərliyi, neft-qaz kimi ehtiyatı var. Bu sərvətlər Azərbaycanın çoxlu təşəbbüs irəli sürməsinə imkan verir. Kosmosa çıxış, «Eurovision» və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır».

L.Zadə qeyd edib ki, əsas məsələ rəqabət qabiliyyətliliyin artırılmasıdır: «Azərbaycanın gələcəyi ilə bağlı optimistəm. Azərbaycan və Azərbaycanın insanları həmişə qəlbimdə olacaqlar».