vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
20:23 | 22 dekabr 2014 | Bazar ertəsi Məqaləyə 2338 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Benzin ucuzlaşmalıdır»

«Aİ 95 və Aİ 98 markalı yanacağın...»

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Nə qədər paradoksal olsa da, bu ilin uyun ayından bəri benzinin qiyməti neft ölkələri olan İndoneziyada 30, Malayziyada 8 faiz yüksəlib. Əksinə, “qara qızılı” idxal edən Hindistanda qiymət 9, Çində 10, ABŞ-da isə 20 faiz aşağı düşüb. Əksinə, məsələnin iqtisadi tərəfi bəlkə də heç də paradoksal deyil: neft ölkələri benzini baha satmaqla qiymət azalmalarından yaranan mövcud və potensial kəsirləri qapatmağa, istehlakçı ölkələr də bu prosesi bazar tənzimlədiyi üçün bununla dövlət xidmət sektorunda və xərcləmələrdə artıma nail olmağa çalışırlar».

İqtisadçı ekspert Vüqar Bayramov Bu barədə bu barədə öz «Facebook» səhifəsindəki şərhində yazıb.

O qeyd edib ki, Azərbaycanda «Aİ 92» markalı benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün onun ucuzlaşdırılması məqsədə uyğun deyil: «Tənzimlənən qiymətlərin dünya bazar qiyməti ilə birbaşa əlaqəsi olmadığından birjalardakı dəyişikliklərə reaksiya verilməməsi iqtisadi baxımdan da məqbuldur. Çünki bir sıra digər ödənişlər, eləcə də subsidiyaların məbləği məhz tənzimlənən qiymətə uyğun olaraq müəyyənləşdirilir. Bununla belə, istehsalçı ölkədə ucuzlaşdığı üçün idxal olunan «Aİ 95» və «Aİ 98» markalı benzinin qiymətinin aşağı salınması olduqca vacibdir. Bu markalı benzinlərin qiymətini bazar müəyyənləşdirdiyi üçün mənbənin ölkədəki dəyişikliklərə reaksiya verərək sözügedən benzin markalarının ucuz qiymətə təklif etməsi nəinki vacibdir, bu həm də bazarın diktəsidir».