vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
15:15 | 23 dekabr 2014 | Çərşənbə axşamı Məqaləyə 557 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qəsdən ləngidirlər»

Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinə dair şok faktlar açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Qars bölgə başqanı Yaver Özcan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə hissəsinin illərdir ləngiməsinin səbəblərinə dair şok faktlar açıqlayıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Yaver Özcan 2008-ci ildə «Əsrin layihəsi» kimi təməli atılan, 2015-ci ildə tamamlanması planlaşdırılan dəmiryolunun siyasi fayda əldə etmə maraqları üzündən məqsədli şəkildə indiyədək tamamlanmadığını deyib.

MHP təmsilçisi deyib ki, dəmiryolunun Türkiyənin payına düşən 79 kilometrlik hissəsinin inşaatı 6 ildir müəmmalı şəkildə ləngidilir. Bu müddət ərzində Azərbaycan 540 kilometrlik dəmiryolunu yenidən qurub, Gürcüstan 207 kilometrlik hissəni inşa edib.

Yaver Özcanın dediyinə görə, dəmiryolunun Türkiyə hissəsi üzərindəki Posof bölgəsinə qədər olan inşaat işlərinin necə getdiyini Qarsda hər kəs bilir.

«Buradakı inşaat işlərində heç bir əlaqəsi olmayan yerlərdə dağı-torpağı qazıb tunel çəkirlər, sonra üstünü bir daha torpaqla örtürlər, işi mümkün qədər uzatmaq istəyirlər. Deyirlər ki, «yox, əfəndim, bu tərəfdən alınmadı, o yandan keçək». Podratçı şirkətlər müxtəlif yollarla bir-birlərinə pay ötürürlər» - deyə MHP bölgə başqanı bildirib.

Yaver Özcanın dediyinə görə, Azərbaycan və Gürcüstanda Bakı-Tiflis-Qars dəmiryolunun inşası zamanı bir-birlərini varlandırmaq, podratçıları dirçəltmək kimi anlayış yoxdur, Türkiyədə isə var.

«Çünki Qarsda keçirilən son yerli seçkilərdə, millət vəkili seçkilərində Bakı-Tiflis-Qars dəmiryolunun Türkiyə hissəsinin inşaatını həyata keçirən podratçı şirkətin AKP-yə nə qədər iqtisadi dəstək olduğunu Qarsda hamı bilir» - deyə Y.Özcan bildirib

MHP təmsilçisi deyib ki, inşaatın qəsdən ləngidilməsi heç kimin vecinə deyil. Çünki tikintini pul yumaq mexanizminə çeviriblər: «Pullar bu layihə üzərindən başqa yerlərə axıdılır. Bakı-Tiflis-Qars dəmiryol layihəsinin bir hissəsi kimi nəzərdə tutulan Logistik Mərkəz məsələsi də sual altındadır. Gah bu mərkəz «bu gün tikiləcək, sabah tikiləcək» dedilər. Gah da bildirdilər ki, Ərzurumda olduğu kimi Qarsda da tikiləcək. Ancaq bu deyilənlərin heç biri özünü doğrultmadı, heç özülü də qoyulmayıb. Qarsda AKP millət vəkilləri dövlətin imkanlarını öz adamlarına açmaqdan başqa heç bir iş görmürlər».

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmiryol xəttinin Türkiyə hissəsinin tikintisinin müəmmalı şəkildə ləngiməsi haqda bu ölkə mediası əvvəllər də yazıb. Tikintidə podratçı şirkətlər bir-birini əvəz edir, indiyədək 230 milyon dollardan çox vəsait xərclənsə də inşaat işləri yarımçıqdır.

Mətbuatda tikintinin qəsdən, yaxud sifarişçi ilə podratçılar arasında korrupsiya əlaqələrinə görə ləngidiyinə dair xəbərlərin yayılmasından sonra hökumət rəsmiləri işlərin gələn ilin sonuna qədər başa çatacağını vəd ediblər.

Ancaq bu günlərdə Qars valisi inşaat sahəsinə baxış keçirəndə cəmi 1 ekskavator və 4 yük maşınının işlədiyini görərək qəzəblənmişdi. Vali tapşırıb ki, yay-qış demədən işləmək və tikintini gələn ilin sonlarına qədər bitirmək lazımdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *