vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SAHİBKARLIQ  
21:46 | 24 dekabr 2014 | Çərşənbə Məqaləyə 2975 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Amerika iş adamlarından təkliflər gəlib»

Hacı İbrahimin 100 milyardlıq layihəsi çökür?

Hafiz ƏHMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından sonra Azərbaycanda milyardlarla manat dəyərində olan «Xəzər Adaları» layihəsinin iflas həddinə çatdığı deyilir. İddialara görə, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin imza atdığı layihənin icrası bir neçə müddətdir dayandırılıb. Buna səbəb kimi, projenin icrasında ciddi maliyyə probleminin yaşandığı göstərilir.

«Avesta» konsernin fəaliyyətində heç bir problem yoxdur. Bunu tam rəsmi olaraq açıqlayırıq.

Bu sözləri AzVision.az-açıqlamasında sözügedən şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xəqani Cəfərov deyib. 

X.Cəfərov dünyada neftin qiymətində müşahidə olunan azalma faktının»Avesta» Konserni tərəfindən inşa edilən «Xəzər adaları» layihəsinə təsir etməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. O, qeyd edib ki, neftin qiymətində müşahidə olunan azalma «Avesta» Konserni tərəfindən işna edilən ««Xəzər Adaları» (Khazar Island) layihəsinə heç bir təsir etməyib: 

«Dünyada neftin qiymətinin düşməsi qeyri-neft sektoruna olan marağı artırıb. Azərbaycanda da yaxın zamanlarda bu sahəyə maraq artacaq. Qeyri-neft sahəsinə daha çox ivestisiyaların yönəldilməsinin şahidi olacağıq. «Xəzər Adaları» təkcə tikinti lahiyəsi deyil, həm də şəhər salınmasıdır. Burada beş-on binanın inşasında söhbət gedə bilməz. Söhbət bütün infrastruktura malik olan şəhərin salınmasından gedir. Neftin qiyməti düşdükdən sonra böyük sərmayədarların bizim layihəyə marağı artıb. «Avesta» Konserninə heç bir mənfi təsir olmayıb. Əksinə şirkətin rəhbəri Hacı İbrahim Nehrəmli bir həftəlik ABŞ-da səfərdə olub. Danışıqlar aparıb. Bizə Amerika iş adamlarından yeni təkliflər gəlib. Eyni zamada başqa ölkələrdən də bizə təkliflər gəlib. Yanvar-fevral aylarında yeni müqavilələr imzalayacağıq. Amerikada protokol imzalanıb. Türkiyə şirkətləri ilə də müqavilə imzalanıb». 

Şirkət rəsmisi həmçinin qeyd edib ki, hazırda Xəzərdə 4 ada salınıb: 

«Adada körpü salınması işləri də yekunlaşır. Orada 4 köpü, 4 ada salınıb. 11 bina tikilmək üzrədir. Tikinti işləri yaxın aylarda başa çatacaq». 

Sonda X. Cəfərov bildirib ki, 2016-ci ilin birinci rübündə «Xəzər Adaları» da yaşayış mümükün olacaq: «Adada inzibatı binaların tikintisi də gələn il başa çatacaq»- deyə o, qeyd edib.

«Avesta» Konsernin rəhbəri Hacı İbrahim Nehrəmli müsahibələrinin birində milyardlıq layihəsi haqda bunları qeyd edib:

«Prezidentimiz İlham Əliyevin bizə göstərmiş olduğu diqqət və qayğı nəticəsində biz bütün bu işləri Azərbaycanımızın adına layiq şəkildə həyata keçirəcəyik. Dövlətimiz turizmin inkişafı istiqamətində böyük işlər görür. «Xəzər adaları» da ölkəmizin turizm sahəsinə böyük dəstək verəcək».

İş adamı qeyd edib ki, «Xəzər adaları» şəhərciyində bir milyona qədər insan yaşayacaq. 200 min turist üçün biz şərait yaradacağıq. 

«Onların hamısını bir gündə qarşılaya biləcəyik. İlin axırına kimi 20 milyondan artıq turistin ölkəmizə gəlməyinə səbəb olacağıq. Nəzərdə tutmuşuq ki, burda 600 min insan üçün iş yeri açaq. Qaradağda «Xəzər adaları» ilə üz-üzə yerləşən dağın yanında kirayəlik evlərin tikintisinə start verəcəyik. Tikiləcək evlər xaricdən gələn turistləri yerləşdirilməsi üçün nəzərdə tutulub. İlk dəfə olaraq biz 14 zolaqlı yol çəkəcəyik. Yolların altında avtodayanacaq yerləşir. 20 milyon turistin ölkəmizə gəlməsi 20 milyard manatın dövlət büdcəsinə daxil olmasına səbəb olacaq. «Xəzər adaları»nı pul qazanmaq məqsədi ilə tikmirəm. Məqsədim bu şəhəri tikə bilməkdir. Artıq pul mənə lazım deyil. Arzum budur ki, şəhər gözəl tikilsin, insanlarımıza gözəl xidmət etsin ki, gələcəkdə hər kəs atama rəhmət oxusun. Burada mən nə edirəmsə millətim üçün edirəm».

Rəsmi açıqlanmasa da layihənin 100 milyard dollar dəyərində olduğu deyilir.