vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
16:18 | 26 dekabr 2014 | Cümə Məqaləyə 848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşğalçının itirdikləri

Autsayder dövlətin gələcəyi böyük sual altındadır

Vüqar İSMAYILOV, modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Qafqaz regionun şərqində yerləşən Ermənistan şərqdən Azərbaycan, qərbdən Türkiyə, şimaldan Gürcüstan və şərqdən İranla həmsərhəd olan kiçik dövlətdir. 1991-ci il sentyabrın 21-də Sovet İttifaqının tədricən dağılması fonunda müstəqilliyini elan edən Ermənistan elə həmin tarixdən dərin sosial-iqtisadi və ictimai-siyasi böhranlar yaşayır.

Bunun əsas səbəbi Ermənistanın qonşu Azərbaycana qarşı hərbi təcavüz etməsidir. Azərbaycana məxsus bölgələri işğal altına alan Ermənistan özünü Azərbaycan və Türkiyədən təcrid edib, iqtisadi blokada vəziyyətinə salıb.

Problemin kompromis yolu ilə həll olunmasında və blokadanın aradan qaldırılmasında maraqlı olmayan Ermənistan 23 ildir ki, Qarabağ avantürasına görə ağır iqtisadi itkilərlə üzləşir.

Bunun bütün ağırlığını isə sadə ermənilər öz üzərlərində hiss edirlər.

Blokada özünü ilk növbədə sərnişin və yük daşımalarının həyata keçirildiyi nəqliyyat sektorunda daha qabarıq göstərir. Bu gün Ermənistan öz işğalçı siyasətinə görə regiondakı bütün əsas iri layihələrdən (qaz, neft, nəqliyyat) kənarda qalıb.

Heç şübhəsiz ki, normal qonşuluq siyasəti yürütsəydi, Ermənisan bu gün Azərbaycan dövlətinin Avropaya doğru gerçəkləşdirdiyi bütün enerji və nəqliyyat layihələrində əlverişli tranzit ölkə rolunu oynaya bilərdi.

Bu mənada istər Bakı-Tbilisi-Ceyhan neft kəməri, istərsə də Bakı-Tbilisi-Qars dəmiryolu xətti Ermənistana tranzit ölkə kimi çoxmilyonlu dividendlər vəd edirdi.

Hətta «Bakı-Tbilisi-Qars» xətti hazırda blokada səbəbindən fəaliyyət göstərməyən Gümrü-Qars dəmiryolu ilə davam etdirilərək daha qısa və sərfəli şərtlərlə başa gələ bilərdi. Ancaq Ermənistan öz işğalçı siyasəti ilə bütün bu layihələrdən kənarda qaldı. Qarabağ ambisiyalarına görə Cənubi Qafqazın autsayder dövlətinə çevrildi. Bu gün Ermənistana getmək üçün əsas nəqliyyat vasitəsi təyyarə hesab olunur. Çünki sovet dövründə Ermənisatanı dünyaya birləşdirən Yerevan-Bakı, Qafan-Bakı, Gümrü-Qars dəmiryolu xətləri Azərbaycan və Türkiyə tərəfindən 20 ildən artıqdır bağlanıb.

Digər strateji dəmiryolu xətti sayılıan Yerevan-Soçi xətti 1992-1993-cü illərdə baş verən Gürcütsan-Abxaziya müharibəsindən sonra fəasliyyətini dayandırıb.

Halbuki, bu dəmirolu xətti Ermənistanı Soçi və Soçi vasitəsilə Rusiyanın bütün dəmiryolu sisteminə bağlayan pəncərə rolunu oynaya bilərdi. İndi Ermənistana getmək üçün yalınz Gürcüstan paytaxtı Tbilisdən və yay mövsümündə Batumidən dəmiryolu reysi xidmət göstərir. Ölkəyə Gürcüstan və İrandan həm də gündəlik avtobus reysləri daxil olur.

Amma əsas nəqliyyat yollarının bağlı olması vətəndaşların rahat hərəkət etməsi üçün problem yaratmaqla yanaşı, idxal olunan xammalın da tranzit qiymətlərini bahalaşdırır. Bu isə nəticədə ölkədəki bütün sosial-iqtisadi göstəricilərə mənfi təsir göstərir. 

1991-ci il sentyabrın 21-də müstəqillik əldə edən Ermənistanın elə ilk illərdən dərin iqtisadi böhrana daxil olmasını rəqəmlərin dili ilə diqqətə çatdıraq.

Bunu rəsmi məlumatlarda, 1990-cı ilin sovet Ermənistanı ilə hazırkı Ermənistan arasında iqtisadi göstəricilərin müqayisəli təhlili zamanı da görmək olar.

1990-cı illə müqayisədə 1994-cü ildə Ermənistan Ümumi Daxili Məhsulun 49,4 faiz, sənaye istehsalının 45,2 faiz, əhalinin real gəlirlərinin 10,7 faiz, vergi gəlirlərinin isə 6,6 faiz azalması ilə üzləşmişdi.

Dağlıq Qarabağda «qalibiyyətli müharibə»nin aparıldığı həmin illərdə prezident Levon Ter-Petrosyan hakimiyyəti hiperinflyasiya, dövlət əmlakının talan olunması, energetik böhran, müxalifətə qarşı repressiyalar, sifarişli qətllər, total mühacirət və s. ilə yadda qaldı.

Azərbaycanla əsas kommunikasiya yollarının bağlanması nəticəsimndə Ermənistanın xarici xammal hesabına çalışan emal sənayesi, o cümlədən dünyanın süni kauçuk istehsalı ilə məşğul olan «Nairit» zavodu fəaliyyətini dayandırdı.

SSRİ zamanı elektron texnologiyaların, əlvan metallurgiyanın, yüngül, kimyəvi və qida sənayesinin, metal emalının və maşınqayırmanın yüksək inkişaf etdiyi Ermənistan aqrar ölkəyə çevrildi. Kənd təsərrüfatınını ölkə iqitsadiyyatındakı payı 20 faizdən 35 faizə qədər yüksəldi.     

Bütün bunların məntiqi nəticəsi olaraq, işsizlik, kütləvi miqrasiya, iqtisadiyyatın blokada şəraitində iflic olması, sosial ədalətsizlik, insan hüquqlarının kobud şəkildə pozulması, siyasi hakimiyyətin və ixrac iqtisadiyyatının ayrı-ayrı oliqarx-siyasətçilər tərəfindən inhisara alınması Ermənistanı gələcəyi olmayan bir dövlətə çevirdi. 

Təsadüfi deyil ki, 2011-cu ildə nüfuzlu «Forbes» jurnalı dünyanın ən bərbad iqtisadiyyata malik 10 ölkəsi arasında Ermənistanı Madaqaskardan sonra 2-ci pilləyə yerləşdirmişdi. Jurnalın iqtisadi analitikləri Ermənistanın gələcək iqtisadi perspektivləri ilə bağlı çox pessimist proqnozlar veriblər. 

«Daha çox diasporun ayırdığı maliyyə vəsaitləri hesabına ayaqda duran Ermənistan iqtisadiyyatı 2009-cu ildə 15 faiz azalmışdı. Enerji daşıyıcıları sarıdan Rusiya və İrandan asılı olan bu kiçik respublika üçün gələcək proqnozlar da ürəkaçan deyil. Adambaşına düşən Ümumi Daxili Məhsulun həcminə görə (2959 dollar) Ermənistan qonşusu Türkiyədən 3 dəfə geri qalır, inflyasiya isə 7 faizə çatır. Bu da azmış kimi, Rusiya Ermənistana ixrac etdiyi almazın həcmini azaldaraq ölkənin emal sənayesinə ağır zərbə vurur». 

«Forbes» jurnalının Ermənistanla iqtisadiyyatı ilə bağlı verdiyi proqnozdan keçən 3 il ərzində Ermənistan iqtisadiyyatındakı neqativ tendensiya hələ də davam etrməkdədir.

2014-cü ilin ilk 9 ayında dünya ölkələrində adambaşına düşən gəlirin həcminə görə Ermənistan 185 ölkə arasında 117-ci pillədə (adambaşına 7034 dollar) qərarlaşıb.

Beynəlxalq Valyuta Fondunun yaydığı həmin reytinqdə Azərbaycan 68-ci (adambaşına 7038 dollar), Türkiyə isə 61-ci (adambaşına 18874 dollar) pillədə yer almaqla vətəndaşlarının illik gəlirlərinə görə Ermənistanı 2,5 dəfə qabaqlayırlar.

Ermənistanın dövlət kimi mövcudluğuna son qoyacaq əsas problemlərdən biri isə əhalinin kütləvi mühacirəti ilə bağlıdır. 1991-ci ildən bəri ölkəni əhalinin 4-də bir hissəsi daimi əsasda tərk edib. Təbii ki, rəsmi stratistika bu reallığı gizlədir. 

Müstəqilliyinin ilk illərində Ermənistanı hələ rəsmi məlumatlara görə 1,1 milyon insan tərk edib. Əgər Sovet Ermənistanında 1989-cu ilin siyahıyalmasına görə 3,5 milon insan yaşayırdısa, 2000-ci ilin 1 yanvarı üçün Ermənistan Statistika Xidmətinin məlumatına görə ölkə əhalisi 3,8 milyon, 2014-cü il üçün isə 3,017 min nəfər təşkil edib.  

Ölkənin tanımış sosioloqlarından olan Aqaron Adibekyan isə rəsmi statistikanın hər vəchlə gizlətmək istədiyi real mənzərəni təsvir edir.

«Müstəqillik illərində uğradığımız ən böyük itki 2 milyon 300 min vətəndaşımızın ölkəni daimi tərk etməsidir. Bu gün Ermənistanda 5 milyon insan yaşamalı olduğu halda, 2,7 milyon nəfər yaşayır».

Miqrasiya ilə yanaşı, Ermənistanda ailə institutunun böhran keçirdiyini göstərən bütün başqa problemlər də var. Belə ki, ölkədə nikahların və yeni doğulan körpələrin sayı azalmaqda davam edir. Əvəzində isə boşanma, abort və s. sosial bəlalar artmaqdadır.

Məsələn, 1990-cı ildə Ermənistan SSR-də 79,9 min uşaq anadan olmuş, 28,2 min nikah qeydə alınmışdı. 1999-cu ilin statistikasına görə isə doğulan uşaqların sayı 36,5 min nəfər, nikahların sayı isə 12,5 min təşkil edib. 9 il ərzində 2 dəfədən çox doğumun azalması yalnz doğuş göstəricisinin azalması ilə deyil, həm də kütləvi mühacirətlə izah olunur.

2002-ci ildə isə ölkədə antirekord – 32 min doğuş qeydə alınıb. Sonrakı illərdə bu göstərici 40-42 min arasında stabilləşsə də, əhalinin təbii artımını təmin etmək üçün kifayət etmir.

Kütləvi miqrasiya əhalinin yaş və cinsi tərkibinə də öz mənfi təsirini göstərmiş oldu. Erməni miqrantlarının 45%-nin 18-45 yaş arasında əmək qabiliyyətli kişilərdən ibarət olması ölkədə qadın-kişi nisbətinin pozulmasına təsir göstərmişdi. Hətta bir çox dağ kəndlərində 15-50 yaş arasında kişilərə rast gəlmək mümkünsüz olub.

Müasir Ermənistanda hər 1000 qadına 910 kişi düşür. 20-34 yaş arasında isə bu nisbət 790-a qədər azalır. 

Bu mənada Ermənistanın iqtisadiyyat naziri Vaqram Avanesyanın bu ilin martında verdiyi açıqlama diqqət çəkir.

«Ermənistanda doğum 1,4 koeffisentdir (bir qadına düşən uşaq sayı) və dünyadakı ən aşağı göstəricilərdən biridir».

2014-cü il yanvarın 1-i üçün Ermənistan əhalisi 3,017 milyon nəfər təşkil edir və bu göstərici 1979-cu ilin Sovet Ermənistanı ilə eyni saydadır. 

Problemlər idxal-ixrac əməliyyatlarında da özünü göstərir. 2014-cü ilin ilk 9 ayında 1,25 milyard dollar dəyərində məhsul ixrac edən Ermənistan, həmin müddətdə dəyəri 3,6 milyard dollar olan məhsul idxal edib. İdxal-ixrac əməliyyatlarındakı bu disbalans blokada şəratində iqtisadi siyasətin perspektivsiz olduğunu bir daha sübut edir.  

Şübhəsiz ki, Ermənistan iqtisadiyyatının son 23 il ərzində ağır vəziyyətə düşməsi ilk növbədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.

Və deməli, Ermənistan iqtisadi çətinliklərdən, kütləvi mühacitərdən, iqtisadi blokadadan xilas olmaq üçün öz qonşularına qarşı əssasız ərazi iddialarından əl çəkərək normal qonşuluq siyasətinə başlamalıdır.

Əks halda, Ermənistanın dövlət kimi mövcudluğu böyük sual altına alınacaq.

Bütün bunlar onu göstərir ki, Ermənistanın işğal etdiyi böyük ərazilər onu iflasdan xilas etməyəcək.

Qurtuluşun yeganə yolu Azərbaycanla dinc, normal münasibətlər qurulmasıdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *