vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
17:17 | 5 yanvar 2015 | Bazar ertəsi Məqaləyə 2548 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilərin ksenefobiyasının iflası

Heydər Əliyevin, Vəzirovun, Elçibəyin erməni həkimi İrəvanda pis gündə yaşayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Əslən Naxçıvanın Əylis kəndindən olan və hazırda İrəvanda yaşayan 75 yaşlı Varvara Arutyunova Azərbaycan rəhbərləri Əbdürrəhman Vəzirov və Əbülfəz Elçibəyə xidmət göstərdiyini bildirir.

Məlumata görə, uzun müddət İsraildə yaşamış qadın qızının xəstəliyi üzündən Ermənistana yerləşib və 4,5 ildən çoxdur ki, orada qocalar evində yaşayır.

«Mən Bakıda hökumət xəstəxanasında işləmişəm, baş tibb bacısı idim. Çoxsaylı pasiyentlərim arasında Heydər Əliyev, Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy də var idi. Bizim rəhbərimiz tanınmış kardioloq Yevgeni Çazov idi» - deyə Varvara Arutyunova bildirib.

Onun əri Vladimir Arutyunov Bakıda məşhur dərzi olub.

Erməni qadını qocalar evinə yeznəsi yerləşdirib. Yeznə 7 ay evində yaşamış Varvara Arutyunovanı yola verməyib və onu qocalar evinə qovub. Biçarə qadın yenidən İsrailə mühacirət etmək istəyir.

Varvara Arutyunovanın əhvalatı ermənilərin Azərbaycan ksenofobiyası barədə uydurduğu yalanları darmadağın edir. Erməni millətindən olan bu qadın hətta millətçi-demokrat Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycanın hökumət xəstəxanasında işləyib. Özünün dediyi kimi, ona «gözün üstə qaşın var» deyən olmayıb. Amma İrəvanda erməni millətindən olan yeznəsi onu evindən çıxararaq çöllərə salıb (ANS PRESS).