vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
17:37 | 5 yanvar 2015 | Bazar ertəsi Məqaləyə 2654 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lans» davası bitdi?

Fransa mətbuatı Anar Məmmədovun klubu «Hafka»nın əlindən aldığını yazdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa mətbuatında Hafiz Məmmədovun sahibi olduğu «Lans»la bağlı yeni məlumat yayılıb. Yayılan məlumatda yanvarın 1-dən etibarən klubun auksionerində dəyişiklik baş verdiyi vurğulanır. Bu barədə «Lans»ın prezidenti Jerve Martel hələ dekabrın 17-də məlumat sızdırmışdı. O, məsələni «bu, azərbaycanlılar arasında olan problemdir» kimi xarakterizə etmişdi.

Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalı idi. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir.

Fransız həmkarlarımız iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdır. Bu, Anar Məmmədovdur - nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Fransızlar onu «Qarant Holdinq»in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər.

Məlumata görə, «Lans»ın Hafiz Məmmədova məxsus olan səhmləri Anar Məmmədov və onun kompaniyası tərəfindən alınıb. (komanda.az)