vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
14:14 | 17 fevral 2015 | Çərşənbə axşamı Məqaləyə 3176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İslam «alim»inin özündən əyri qaməti

«Quranda Yerin fırlanması haqda heç nə deyilməyib»

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər mediada və sosial şəbəkələrdə Səudiyyə imamının fikri geniş müzakirə olunur. İmam Şeyx Bendər Əl Hayberi yerin fırlanmadığını deyib.

Sələfilərin lideri Hacı Qamət Süleymanov «Qafqazinfo»ya açıqlamasında bu fikrə münasibət bildirib. 

Q.Süleymanov da Səudiyyə imamının fikrini təsdiqləyib: «Yer kürəsinin fırlanması haqda İslam alimləri deyib ki, fırlanmır. Onlar da Qurandakı bir neçə ayəyə istinad edib. Məsələn, «Yer üzü sabitdir», «Göydə nə varsa, hamısı üzür» ayələrini misal çəkmək olar. Amma Yer üzünün fırlanması haqda heç nə deyilməyib. Alimlər burdan nəticə çıxarıblar ki, Yer üzü sabitdir və fırlanmır. 

Məsələn, Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda, Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, bir neçə özü saata gələcək. Alimlərin gəldiyi nəticə budur».

Q.Süleymanov Yerin fırlanıb-fırlanmadığı haqda özünün dəqiq bir fikri olmadığı deyib.