vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
16:25 | 17 fevral 2015 | Çərşənbə axşamı Məqaləyə 3592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lamiyə qalmaqalı»

Xalqı təbrik etmək olar

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalqı təbrik etmək olar. Elliklə yığılıb Lamiyə Quliyevanın uşağının atasını tapa bildik. Uşaq doğuldu, ata tapıldı. Uşağın valideynləri tibb elminə öz töhfələrini verdilər. Biz artıq bilirik ki, insan təkcə cinsi yolla yox, həm də spermatozoidin mesaj şəklində göndərilməsi nəticəsində də dünyaya gəlir. Həm də həbsxanada, həm də qadın və kişi təcridxanasının ayrı və əlaqəsiz olduğu ölkədə!

Əslində körpənin atası deyir ki, o bu məsələdə kosmetoloq vəzifəsi icra edib. Lamiyə ona söz göndərib ki, üzü səpib. Səpkilərin aradan qaldırılması üçün histamin mənşəli spermatozoid məhlulu lazımdır. Daha sonra qız bir ovuc loreaspermatozoid kremi üçün ona vedrə də göndərir. Buna deyərlər, adamı spermasına dolamaq...

Ananın versiyasına görə isə uşaq dünyaya konservativ yolla, yəni cinsi əlaqə vasitəsi ilə gəlib. 16 yaşında ilk qətlini törətmiş qadın uşağının atası ilə həbsxanada nəzarətçilərin təşkil etdiyi zifaf gecəsində cinsi əlaqədə olub. O, bunu gizlətmir. Məlumata görə, Lamiyə təcridxanada faizə pul verir. Nəzarətçinin başına qaynar çaydan vurmaqdan belə çəkinmir. Belə çıxır ki, Lamiyə bacı yaxşı cayıl kimi, necə deyərlər, oğlan da «çıxarıb». Gənclər küçədə öpüşə bilmir, yetkinlər kamera, montaj əlindən sevişməyə yer tapmırlar, bunlar içəridə oğlan sifariş edirlər.

Qısaca, ölkə «Lamiyəbook» krizisini yaşayır. Atanın səhəngə doldurub göndərdiyi uşaq Devid Kopperfild olub keçib camaatın boğazına.

Ssenari pis deyil, Bollivuda yarayar. Hadisə xalqı bir müddətdir ki, əyləndirir. Yeni jarqonlar yaranır. Artıq «üzüm səpib» deyiləndə qarşı tərəf bilir ki, qadının canı seks istəyir.

Uşaqlarının sayını deyəndə şüuraltısında sekslə məşğul olduğuna görə həmsöhbətindən üzr istəyən, yeri gələndə özünü cinsi orqanı yoxmuş kimi aparan toplumun yeyə biləcəyi materialdır.

Lamiyə alqışlanmalıdır. Partnyoru kimi ikiüzlülük etmir. «Göydən bətnimə uşaq düşdü» demir. Cəmiyyət isə hər zamankı kimi qadına qarşı amansızdır. Geylə bir masada yemək yeyən, iş münasibətləri quran, asılılığı varsa, tolerant yanaşan adamlar üçün qadının cinsəlliyini yaşaması hələ də müzakirə predmetidir. Kişinin geyliyini yeyən cəmiyyət hələ də qadının normal oriyentasiyasını həzm edə bilməyib.

Gözümüzü bir də açıb-yumacağıq, yenə də boz günlər gələcək. Əfsanə sona ərəcək. Lamiyəyə gələn hədiyyə bağlamasının dibi qurumamış ssenarilər yazaq, filmlər çəkək. «Jeleznaya Bella»lar uyduraq. Dünya filmi hazırda «Lamiyə və qırx quldur» əsərinin yazarı kimi istedadı itirməkdədir. «Bozun əlli çaları» hələ efir görməmiş Lamiyənin sayəsində tamaşaçı itirir.

P.S. «Möhtəşəm Lamiyə» serialında yeganə xatasız sovuşan kişi Mirşahin Ağayevdir. Lamiyə onunla müsahibədən imtina edib. Qız buluddan nəm, havadan sperma qapır. Mirşahin Ağayevi növbəti qurban-ata olmaması münasibəti ilə təbrik edirəm.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)