vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9729 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2505 AZN
Türk lirəsi 1 TRY = 0.2879 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
OLAY  
12:29 | 12 may 2015 | Çərşənbə axşamı Məqaləyə 1392 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Növbə kimindir?

Cahangir Hacıyevin işi böyüdü, ölkədə kütləvi həbslər başladı

Fərhad MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi («Bandotdel») Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər aparır.

Bu sensasion məlumat virtualaz.org saytına DİN-dəki mənbələrdən daxil olub.

Məlumatda deyilir ki, iş üzrə artıq 70-ə yaxın nüfuzlu iş adamı həbs olunub. Həbslərin davam edəcəyi gözlənilir. Həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələri var.

Saytımıza məlum olub ki, bu proses prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə qəti göstərişindən sonra başlayıb. Prezident bank sektorundakı özbaşınalıqlara son qoyulması vəzifəsini DİN-ə və şəxsən nazir Ramil Usubova həvalə edib.

Belə ki, fevral ayında həyata keçirilən devalvasiyadan sonra iri bankların əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu üzə çıxıb. Bankirlər maliyyə göstəricilərinin kəskin pisləşməsini devalvasiya ilə əsaslandırmağa çalışsalar da araşdırma zamanı məlum olub ki, əslində uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən bankların vəziyyəti devalvasiyadan sonra bu cür pisləşməli deyildi.

Məlum olub ki, problemin kökü əslində devalvasiyada yox, iri həcmdə kredit maxinasiyalarında, milyardlarla manatlıq geri qaytarılmayan kreditlərdə və digər korrupsiya əməllərindədir.

Ən ağır vəziyyət isə Beynəlxalq Bankda hökm sürürmüş və Cahangir Hacıyevin «könüllü» istefasının səbəbi də məhz budur.

Mənbələrin məlumatına görə, araşdırma zamanı üzə çıxıb ki, Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcmi 6 milyard manata (!) yaxındır. Bu vəsaitlər müxtəlif illərdə Cahangir Hacıyevlə bağlı olan iş adamlarına, yerli və xarici şirkətlərə kredit şəklində verilib, yaxud kommersiya perspektivi şübhəli olan layihələrə yatırılıb.

Məsələn, Beynəlxalq Bankın Nehrəmli Hacı İbrahimin mifik «Xəzər adaları» layihəsinə 850 milyon dollar kredit verdiyi bəllidir. Virtualaz.org saytı bu mövzuya tezliklə ətraflı araşdırma həsr edəcək.

Beynəlxalq Bankın işi ilə bağlı tutulanlar arasında «Azərinşaat» MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev də yer alır.

Əslində «Azərinşaat» MMC 2012-ci ilə qədər Nəqliyyat Nazirliyinin rəhbərliyinin və oliqarx Hafiz Məmmədovun («Hafka») kurasiyasında olub. Ötən 10-12 ildə Azərbaycanda həyata keçirilən, dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətini podratçı kimi bu şirkət həyata keçirib.

Lakin 2012-ci ildə bu şirkət ətrafında müəmmalı proseslər başladı. Şirkətin rəhbəri, Türkiyə vətəndaşı Bülent Karani qəfildən, gecə ilə Azərbaycandan qaçdı.

Mətbuatda xəbərlər yayıldı ki, Beynəlxalq Bankın rəhbərinin adamları ertəsi gün şirkətə gələrək onun bütün əmlakını, Dərnəgüldə yerləşən ofisini, ərazisini ələ keçiriblər.

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həmin vaxtdan şirkətə öz adamı Mehdi Əliyevi rəhbər təyin edib. Bu şirkətdə «Hafka»nın da 285 milyon dollarlıq yatırımı olub. Hazırda o, pulunu Cahangir Hacıyevdən geri ala bilmir.

Mənbələrimiz bildirir ki, Cahangir Hacıyevin şirkətə nəzarəti ələ almasından sonra «Azərinşaat» MMC-nin fəaliyyəti iflic olub, şirkət faktiki olaraq dağılıb.

«Azərinşaat» MMC rəhbərinin Beynəlxalq Bankdan nə qədər vəsait götürdüyünü və geri qaytarmadığını hələlik dəqiqləşdirə bilməmişik. Həmçinin bu şirkətin sahibinin dəyişməsi ətrafında baş verənlər ayrıca araşdırmanın mövzusudur.

Bununla belə Beynəlxalq Bankın işi üzrə həbs olunanlardan daha birinin adını son anda dəqiqləşdirə bildik. Bu, 90-cı illərin sonları-2000-ci illərin əvvəllərində məşhur olan Əli Ansuxski adlı iş adamının oğlu Abdul Ansuxskidir.

Abdul Ansuxskini «Bandotdel» əməkdaşları xarici ölkələrdən birindən qayıdanda aeroportda saxlayıblar. Ancaq o, banka olan borcunu ödəyə bilib və buraxılıb.

Bu kütləvi həbslər və misli görünməmiş ölçülərdə maliyyə maxinasiyaları haqda yeni məlumatları oxuculara çatdırmağa çalışacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *