vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
22:43 | 19 avqust 2013 | Bazar ertəsi Məqaləyə 3181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sən əzizsən, mən ucuz»

Səhər ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Görəsən, Nizami Gəncəvi “Sənsiz”i kimə həsr edib?! Böyük şairin “sən əzizsən, mən ucuz” dediyi qadın kim olub, əcəba?!

Və yaxud da Füzuliyə o qəzəlləri yazdıran qadın...
Məhsətiyə o rübailəri yazdıran kişi...
Ən gözəl sənət əsərlərinin səbəbkarı, “ən böyük sənət olan insan məhəbbətinin” müəllifi kimdir, görəsən, Allahmı, bəndəmi, sevənmi, sevilənmi?!
Bəlkə də Tanrı yaradıcı insanın qarşısına sevilməyə ən çox layiq olanı çıxarır. Bəlkə də heç belə deyil, sadəcə olaraq, yaradıcı insan öz sevgilisini yenidən “yaradır”, fani insandan daha çox öz uydurduğu obrazı sevir.
Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində sevgilisini qətlə yetirmiş Oqtay Allaha müraciətlə belə deyir:
“Sənin yaratdığın Firəngiz indi yoxdur, fəqət  mənim yaratdığım Firəngiz əbədidir! Onu  kimsə öldürə bilməz, o solmaz, qocalmaz, usandırmaz. Özün söylə, kimdir daha böyük sənətkar? Sən, ya mən?”
Bu fikrin ən poetik ifadəsi isə Aşık Veysələ məxsusdur: “Güzelliyin  on para etməz, bu bendeki aşk olmasa”.
Deməli, hər kəsin sevgisi özü boydadır, öz istedadı, fantaziyası boyda.
Deməli, sevgi sevənin əsəridir, sevilənin yox.
Və deməli, əsl böyüklük “sən əzizsən, mən ucuz” deyə bilməkdir.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)