vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
00:12 | 1 oktyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 4403 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sekstetik oxucu»

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

A kişi qırığı, indi durub desəm ki, Amerika alimi, ömrünü dinin yalan danışdığını sübut etməyə həsr etmiş Oldz siçovullar üzərində apardığı təcrübələrlə bu nəticəyə gəlmişdir ki, ilahiyyatın insanları əsarətdə saxladığı cənnət-cəhənnəm xofalogiyası, sadəcə, beyində baş verən nevroloji proseslərlə bağlıdır, qohumlarım ətimi didəcəklər. Adam cərrahiyə yoluyla siçovulların beyninə yeritdiyi elektrodlar vasitəsilə sübut etmişdir ki, cənnət həzzini və cəhənnəm əzabı qorxusunu bu dünyada hətta heyvanlarda da yaratmaq mümkündür. Dalına qulaq as. Amma bu ciddi söhbət kimin nə vecinə? Bizə o dünyada da, bu dünyada da lüt qız şəkli lazımdır. Hə, bax yazı indi başladı:

Facebook-u yaradıb sözün həqiqi mənasında ərşi-aləmi bir-birinə qatan Mark Zükerberqin “şeytan əməlindən” sonra bu nəticəyə gəldim ki, dünyada ən çox “Yanıq Kərəm” doğan bizim analardı. Hansı internet saytına baxırsansa, mütləq qənşərinə köndələn uzanmış beş-altı ədəd lüt qız şəkli çıxır. Tutalım, hansısa xəbər saytı faciəvi bir xəbəri car çəkir və tikəsi qulağı boyda olan adamların şəklini çap edir ki, İraqda ucdantutma terror aksiyaları törədilib, buyurun baxın. Sən də evdə oturub faciə qurbanlarının halına acıya-acıya, hətta bir az qəlbisınıq adamsansa, dəsmal götürüb ağlaya-ağlaya xəbəri oxuyursan. Pah! Qəfildən qarşına sağ qolu dirsəyindən bir qarış yuxarı, sol qolu dirsəyindən bir qarış aşağı, sağ qıçı dizindən bir qarış yuxarı, sol qıçı dizindən bir qarış aşağı parçalanıb, eynən bizim rəhmətlik Babəkə dönmüş bədbəxt iraqlıların şəkillərinin altında bir lüt qız şəkli zühur edir! Sən demə, İraqda, məsələn, 567 adamın terror nəticəsində tikə-tikə olması xəbərini bizim oxuculara oxutdurmaqdan ötrü o lüt qızın şəklinə Əkrəm Əylisli demiş, əşhədü ehtiyac varmış. Deməli, o lüt qızın şəkli olmasaydı, heç kim Kərkükdə qırılanların nakam aqibətinə acımayacaqdı.
İndi ağlım başıma gəlib, papağımı qabağıma qoyub fikirləşirəm ki, bu, seksual yanıqlığın faciəni oxucuların gözündə üstələməsi təkcə bizim ölkədə deyil, sən demə, informasiya agentlikləri dünyanın hər yerində oxucuların “yanıq Kərəm” damarını tutan intim texnologiyalardan yararlanırlar. Sadəcə, bizim saytlardakı “Yanıq Kərəm” hər şeyin şitini-şorunu çıxarıb; o, artıq adam balası kimi yanmır, cızdağı çıxır, elə bil. Xanoğlan müəllim, and olsun içdiyin “Xan” arağının süzüldüyü buğdanın bərəkətinə, bizim yazar əgər yəhudi mənşəli alman yazıçısı Ştefan Svayqın “İstanbulun fəthi” əsərindən bir yazı hazırlayırsa və bu yazını oxutdurmaq istəyirsə, oxucuların sekstetik tələbini nəzərə alan sayt rəhbərliyinin tövsiyyəsi ilə belə bir başlıqla razılaşmalıdır: “Türklər Bizansın paytaxtında nə qədər qadın zorlayıblar?”. Ştefan-zad yaddan çıxacaq, hamı çörtkəsini qabağına qoyub, yazını oxuya-oxuya zorlanan qadınların sayını hesablayacaq. Halbuki yazıda, bəlkə də, heç bu barədə söhbət getmir. Etiraf edim ki, bir oxucu kimi mən özüm də yeniyetməlik illərində oxuduğum kitablarda çox vaxt erotik səhnələr axtarırdım. Məmməd Səid Ordubadinin iki kiloluq “Qılınc və Qələm” romanını on üç yaşım olanda ona görə axıra qədər oxudum ki, orda bir səhnə vardı: Gəncə hakimi əmir İnancın qızı Qətibə - Ordubadi bu adı təsadüfü seçməyib, ikicə hərfi dəyişsəniz özünüz hər şeyi görəcəksiniz – Hüsaməddin adlı sərkərdəni öz qara məqsədləri üçün istifadə edir və bunun müqabilində onu yalnız yüngülvari öpücüklərlə mükafatlandırır. Bu, axmaq sərkərdə də əlini onun digər məhrəm yerlərinə uzatmaq istəyəndə, Qətibə deyir: “Dalısı sonra”. Mən səkkiz yüz səhifədən artıq olan bu kitabı ancaq “dalısına” görə oxumuşam, görüm “dalısı” necə olacaq. Amma yeniyetməlik vaxtı olub bu söhbət. Dalısı isə belə oldu; məktəb direktoru kitabı qoltuğumda gördü, əlimdən alıb üç dəfə təpəmə zolladı ki, sənin nə yaşındı bunu oxuyursan? Get dərslərini oxu.
Qardaşcanı, bu lüt qətibələrin şəkillərini də bizim oxucuların təpəsinə zollamaq lazımdı ki, nə vaxta qədər siz “dalısı sonra” düşüncəsi ilə yazı oxuyacaqsınız? Nə vaxta qədər Azərbaycan oxucusu qlobal istiləşmə ilə bağlı araşdırma aparmaq üçün durub burdan basa-basa Şimal Buzlu okeana gedən və qayıtmayan yazarının elmi əsərini bu adla oxuyacaq: “Buz üstündə seks”. Nə vaxta qədər Azərbaycan qəzetçisi “çıxdı buz üstə qoçaq” taleyi yaşayacaq?
Bu da axırı; Suvorovun Alp dağlarını necə aşması haqqında yazdığım yazıya redaktor oxucuların zövqünün yanıqlığını nəzərə alıb belə bir başlıq qoyub: “İtalyan qızları tarixən seksual olublar”. Daş Suvorovun başına.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)