vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
14:44 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 1885 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Poroşenkodan Rusiya qarşı növbəti çağırış

«Rusiya Avropa və dünya təhlükəsizlik sistemini dağıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezident Pyotr Poroşenko dünya ictimaiyyətini Rusiyanın təcavüzünə qarşı birləşməyə çağırıb. Publika.az «censor.net.ua» saytına istinadən xəbər verir ki, dövlət başçısı çağırışı İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümü ilə bağlı Ukrayna xalqına etdiyi müraciətində səsləndirib.

Poroşenko qeyd edib ki, İkinci Dünya Müharibəsinin faciələrindən nəticə çıxarılmalı və təcavüzkar birgə səylərlə dayandırılmalıdır.

«Müharibə və sülh məsələləri bu gün yenidən dünyanın gündəliyində birinci yerdədir. Rusiya Federasiyası beynəlxalq hüququ həyasızcasına tapdalayıb, Krımı zəbt edib və Donbas hövzəsində silahlı konflikt yaradıb. Rusiya bu gün Avropa və dünya təhlükəsizlik sistemini yenidən dağıdır», - Ukrayna prezidenti söyləyib.