vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
RƏY, REPLİKA  
14:21 | 3 sentyabr 2015 | Cümə axşamı Məqaləyə 3998 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xəyanət və rəzalətin simvolu

Əli Kərimli haqqında indiyə kimi bilinməyən sirrlər

Ərtoğrul HÜSEYN

MÖVZU İLƏ ƏLAQƏLİ

Parlament seçkiləri yaxınlaşdıqca ölkə müxalifəti arasında gərginlik artır. Bu düşərgədə «xain», «satqın» axtarışına çıxanların sayı çoxalıb. Bir qrup zombiləşmiş qaragüruhçu dəstə tanınmış müxalifət simalarını hakimiyyətlə mandat alverində ittiham edirlər. Bu qara piar kampaniyasında Əli Kərimovun qrupu daha aktivdir. Özlərini ictimai rəyə demokratik düşərgənin əsas güc mərkəzi kimi sırımağa çalışan bu qaragüruhçu dəstə hər cür yalan danışmaqdan, iftira atmaqdan çəkinmir. Amma tarixə nəzər saldığımız zaman bu insanların əsl simaları ortaya çıxır. Kampaniyanın iştirakçıları anlamırlar ki, nə qədər səy göstərsələr də, ləkəli keçmişlərini təmizləyə bilməzlər. Tarix unudulmur və yaxın tariximizin canlı şahidi olan insanlar hələ həyatdadırlar.

Əli Kərimovdan necə lider düzəltdilər?

 

…1993-cü ildə hakimiyyət devrildikdən sonra Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyinə daxil olan yüksək vəzifə sahibləri ya həbs olundu, ya da sürgün həyatı yaşamağa məcbur edildilr. Fəqət çox keçmədi ki, 1994-cü ildə, yəni cəmi bir il sonra Əli Kərimov heç bir maneə olmadan Bakıya qayıtdı və AXC sədrinin birinci müavini qismində təşkilata rəhbərlik etməyə başladı. Komandanın lideri Əbülfəz Elçibəy sürgündə, yıxılmış hökumətin digər yüksək vəzifə sahibləri – baş nazir, nazirlər, bir sözlə ictimai-siyasi səhnədə ciddi fiqur olan hər kəs ya həbsdə, ya da sürgündə olduğu bir zamanda Əli Kərimov nəinki Bakıya gəldi, hətta sərbəst siyasi fəaliyyət imkanı da tapdı. İbrahim İbrahimli, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Fərəc Quliyev, İsgəndər Həmidov kimi nüfuzlu müxalif liderlərin kölgəsində qalmamaq üçün Əli Kərimovun şişirdilməsi planı işə düşdü. 94-cü ilin 21 may mitinqində cibində qumbara ilə həbs edilən Əli Kərimov haqqında həbsdə olduğu müddətdə «gördünüzmü hakimiyyət ondan çəkinir, qorxur», həbsdən çıxdıqdan sonra isə «Əli Kərimovu həbsdə saxlamağa gücləri çatmadı» təbliğatı aparıldı və beləcə müxalif düşərgənin ilk separatçı süni lideri yetişdirildi.

 

Ustadına kəm baxan şagird


Bakıya dönüşündən və əldə etdiyi səlahiyyətdən sui-istifadə edərək, öz tərəfdarlarından ibarət olan «Yurd» birliyini dirçəltməyə və AXC-nin bütün strukturlarını «yurdlaşdırmağa» girişən gənc siyasətçi buna qismən nail oldu. Təşkilatda mövqeyini möhkəmləndirən keçmiş dövlət katibi gizli şəkildə Əbülfəz Elçibəyi nüfuzdan salmaq üçün məqsədyönlü fəaliyyətlə məşğul olur, hətta qəzetlərə Elçibəyi təhqir edən məqalələr sifariş etməkdən belə çəkinmirdi. Konkret olaraq «Azadlıq», «Bu gün» və adlarını xatılamadığım digər qəzetlərdə gedən materialları misal göstərmək istərdim. Bu işdə ona Bakıya qayıtması üçün şərait yaradan iqtidarın müəyyən qüvvələrinin maliyyə və digər yardımlarda bulunması da istisna deyi. Bir ildən sonra, 1995-ci ildə Əli Kərimli artıq AXCP-nin proporsional siyahısına başçılıq edərək parlament seçkilərinə qatıldı və Milli Məclisin deputatlığına layiq görüldü.


Mandatın arxasındakı xəyanət və bəxt ştrixləri


Sual oluna bilər ki, Əli Kərimlini AXCP-nin proporsional siyahısından deputat etmək hökumətin nəyinə lazım idi, elə AMİP-in gözünə Müsavatdan da bir iki nəfər qatıb nəsə etmək olmazdımı? Əlbəttə ki, mümkün idi, amma sərfəli deyildi. Çünki, AXCP sədri Əbülfəz Elçibəydən fərqli olaraq Müsavat başqanı İsa Qəmbər proporsional siyahıya özü başçılıq edəcəkdi. Bu isə iqtidar üçün təhlükəli olmasa belə, əlavə başağrısı ola bilərdi. İkinci bir tərəfdən iyun qiyamından sonra İsa Qəmbərin parlamentdəki sərt mövqeyi belə asanlıqla unudula və bağışlana bilməzdi. Və nəhayət, bir halda ki, Elçibəy deputat olmaq istəmirdi, 1995-ci il parlament seçkiləri ilə bağlı müxtəlif güclər üçün ən optimal variant eks-prezidentin rəhbərlik etdiyi partiyaya bir neçə mandat verilməsindən keçirdi. Bu plan quruldu və Əli Kərimovun vasitəsilə həyata keçirdi. (Elçibəy niyə buna mane olmadı və ya ola bilmədi sualının cavabı isə başqa söhbətin mövzusudu). Onu da qeyd edək ki, AXC məhz Əli Kərimovun təklifinə əsasən 1995-ci ildən etibarən AXCP adlanır. Seçkilər öncəsi, 24-25 iyun tarixində keçirilən qurultayda qəbul olunan bu formul hər şeydən öncə, Əli Kərimovun AXCP sədrinin birinci müavini və AXCP-nin de-fakto rəhbəri olaraq deputat mandatı almasına hesablanmışdı. Onunla bərabər Qulamhüseyn Əliyevə, Mirmahmud Fəttayevə mandat verilməsi isə Əli Kərimovu hücumlardan qorumaq və narazı qala biləcək cəbhəçiləri susdurmaq üçün idi.


«Yurd» separatçılığı və AXCP-nin parçalanması


1995-ci ildə «Yurd»çuların istəyi sayəsində AXC partiyaya çevrilib, o vaxt Kələkidə olan Elçibəy sədr seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi «Yurd»çuların nəzarətində olub. Biz «Yurd»la bağlı bu nüansları heç də əbəs yerə xatırlatmırıq. Çünki AXCP-nin yarandığı gündən bəri, belə demək mümkünsə, başına gələnlər «Yurd»un adı ilə çox vaxt birbaşa bağlı olub. İllər ötdükcə AXCP daxilində baş verən qarşıdurmalar, bir qrupun özünü «islahatçılar», digər qrupun özünü «klassiklər» kimi təqdim etməsi nəticəsində müşayiət olunub. 1997-ci ilin payızında (30 oktyabr) Elçibəyin Bakıya qayıtması partiyada onun tərəfdarlarının fəallaşması və qüvvələr nisbətinin yavaş-yavaş bərabərləşməsi istiqamətində dəyişikliklərə səbəb oldu. Fazil Qəzənfəroğlunun vətənə dönməsi ilə Elçibəyçilərin Əli Kərimova qarşı qisas mübarizəsini daha da alovlandırdı. Lakin nə qədər ki, Elçibəy sağ idi, cəbhəçilərə səbrli olmağı məsləhət bilərək onları Əli Kərimova qarşı kəskin hücumlardan çəkindirirdi. Onun vəfatından sonra labüd parçalanma baş verdi. Daha sonralar «Yurd»un lideri kimi təqdim olunan Əli Kərimovla uzun illər yanaşı mübarizə aparan şəxslərin ayrılıb özlərinə yeni partiya yaratmalarının da şahidi olmuşuq.


Xəyanət vərdişi və ağır bədəl


Parçalanmadan sonra mövqeləri əhəmiyyətli dərəcədə zəifləyən Əli Kərimovu bu dəfə də növbəti 2000-ci ilin parlament seçkiləri xilas etdi. Parçalanma ərəfəsində yenidən o, bir çox AXCP Ali Məclisi üzvü olan cəbhəçiyə mandat vəd etdi və bir çox mojaritar dairədən onların namizədliklərini qeydə aldıraraq Ali Məclisin yarıdan bir qədər çoxunun səsini almağa nail oldu və bununla da legitimliyin onun tərəfində olduğunu bəyan etdi. Digər tərəfdən «legitim» AXCP-dən 7 nəfəri Milli Məclisin salonuna daşımağı da bacardı. Amma çox keçmədi ki, ona bu mandatı verənlərə də xəyanət etdi. Kifayət qədər mütəhərrik şəxs olan Əli Kərimov mövqeyinin bir qədər möhkəmləndiyini görüb daha çox pay qoparmaq məqsədi ilə soyadı ilə birlikdə, iqtidara qarşı münasibətində də dəyişikliklər etdi. Bir sözlə, xəyanətə vərdiş bu dəfə Əli Kərimlinin uzun illər gizli və açıq əməkdaşlıq etdiyi iqtidara qarşı yönəldi. Bunun isə cavabı çox ağır oldu. İqtidar-müxalifət arasındakı siyasi mübarizədə ilk dəfə olaraq etik pərdə götürüldü və Əli Kərimli bütün etdiklərinin bədəlini ən pis təhqirlərlə yaşamağa məhkum edildi.


Əli Kərimlinin gerçək portreti


Əli Kərimlinin təhdid və qorxu dolu daxili dünyası gerçəklərini qiymətləndirməsinə maneə olur. Onun ən böyük gerçəyi yalandır. Buna görə, tez-tez haqqında olan gerçəkləri gözdən itirməyə çalışır. Daha doğrusu, apardığı analizlərində həqiqətlərin qəlibinə öz gerçəklərini doldurur. Bu gerçəkləri qorumaq üçün əl atmadığı variant, üz tutmadığı yol yoxdur. O, heç vaxt özündən başqasını anlamayıb. Çatmaq istədiyi məqsədləri uğrunda rahatlıqla ən yaxın adamını belə əzməyə hazırdır. Bu səbəbdən də AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi kimi baxan Əli Kərimli Razi Nurullayev demiş, cəbhəçiləri portağal qabığı kimi soyur. O, həmişə cəbhəçilərin ən kiçik istəklərini belə, özünə qarşı təhdid kimi görüb. Əli Kərimli üçün «yaxşılar» və «pislər» var: Güvəndikləri «yaxşılar»dır, qalanları isə «pislər»dir. Bir gün cəbhəçilərdən hansınınsa birinin sədrliyi ələ keçirəcəyindən qorxan Əli Kərimli psixoloji olaraq, büruzə verməməyə çalışsa da, özünü ən aşağı səviyyədə hiss edir. Özünü düşdüyü quyudan çıxarmaq üçün tərəfdarlarının başlarında çıxış etməyi sevir. O, buna təhlükəsizlik zirehi kimi baxır. Sırf bu xarakterinə görə, Əli Kərimli əldə etdiklərinin heç birisini tərəfdarları ilə paylaşmır. Bu təkliyini də qarşısındakıların «səhv» olduqlarına bağlayır.

Yerini möhkəmlətmək üçün partiya tərəfdarlarından özünü lider kimi təsdiqləyən təriflər toplamağa çalışır. Bütün tərəfdarlarına minlərlə vədlər verən Əli Kərimli tələsinə düşənləri özünün maraqlarına xidmət etməyə məcbur edir. Cəbhəçilər üçün də Əli Kərimli var, qalanları isə «səhvlər»dir. Beləliklə, sədr düşüncələrində özünü kosmik səviyyəyə qaldırdığı üçün huşunu itirmiş kimi çıxışlar edir. Özünü yox, gələcəkdə əldə etdiyi xəyali iqtidar postunu sevdiyi üçün əziyyət çəkir. Reallıqla barışmaq istəmədiyi üçün aqressivdir, qara düşünür. Bu xarakteri onu içindən çıxa bilməyəcəyi arzular burulğanına atıb. Lakin əbəs yerə belə düşünür. Çünki onu göylərə qaldırdığı arzuları həm mənliyini, həm də iqtidarını əzir. Üzləşdiyi çətin vəziyyət Əli Kərimlini insan təbiiliyindən uzaqlaşdırır. Beləcə, insanlardan uzaqlaşır və heç kəsi sevə bilmir. Əli Kərimli üçün dəyər – zombiləşdirib məqsədlərini çiyinlərinə yüklədiyi tərəfdarları və çıxa bilmədiyi kosmik arzularıdır.

 

Gözlənilən sonun başlanğıcı


Əli Kərimli bu gün siyasi fiaskonun astanasındadır. Cəbhəçilər siyasi fəaliyyətini AXCP Etimad Qurultayı Təşkilat Komitəsində davam etdirəcəklərini bildirirlər. Azsaylı «kərimovçular»un sosial şəbəkələr və mətbuatda kütləvi istefaları ört-basdır etmək cəhdləri də nəticə vermir. İstefalar o qədər kütləvi hal alıb ki, prosesin qarşısını almaq üçün Əli Kərimli və yaxın ətrafı heç bir proqrama sahib deyil. İstefa verənlər bir qayda olaraq, səsləndirdikləri bəyanatlarla AXCP Etimad Qurultayı Təşkilat Komitəsində mübarizəyə davam edəcəklərini bildirirlər. Nəticədə Əli Kərimlinin cəbhəsi kiçildiyi halda, narazı cəbhəçilər hüquqi yollarla təmsilçiliyin onlara verilməsi üçün ideal fürsət qazanırlar. Baş verənlərin fonunda Əli Kərimlinin nümayiş etdirdiyi susqunluq öz taleyi ilə barışmaq kimi dəyərləndirilməlidir. Müavin və müşavirlərinin isə proseslərə nəzəri müdaxilələri effekt vermir. Paralel olaraq, narazı cəbhənin qurultay, ardından da təmsilçiliyin onlara verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşması, bu müdaxilənin nəticələrini də sıfırın altına endirir. Əli Kərimlinin cəbhəsindəki vəziyyət böyük ehtimalla onu partiyasız qoyacaq. Təmsilçiliyin itirilməsi isə Əli Kərimlinin Azərbaycanın siyasi həyatından tamamilə getməsinə səbəb olacaq.