vaxtlı-vaxtında oxuyun! Cümə, 25 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9904 AZN
Rusiya rublu 1 RUB = 0.0277 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2726 AZN
Türk lirəsi 1 TRY = 0.3716 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
PARTİYALAR  
17:53 | 10 noyabr 2015 | Çərşənbə axşamı Məqaləyə 1263 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ümumi nəticələrə təsir etməyib»

MSK İqbal Ağazadənin şikayəti üzrə araşdırmaları dayandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də keçirilən parlament seçkilərində yol verildiyi iddia edilən qanun pozuntuları ilə bağlı müraciətlərə baxılıb. «Report»un xəbərinə görə, 35 saylı üçüncü seçki dairəsindən namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən İqbal Ağazadənin şikayətinə baxılıb.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, İ.Ağazadə MSK-ya müraciət edərək dairə seçki komissiyasının bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib: «Eyni zamanda, o, həmin məntəqələrin səsverməsinin nəticələrinin ləğv olunmasını istəyib. MSK şikayəti baxılması üçün məsələni dairə seçki komissiyasına (DSK) göndərib. DSK 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələrinin səsverməsinin nəticələrini ləğv edib. 17 saylı seçki məntəqəsində isə səslərin yenidən sayılmasına qərar verib. Ancaq bu da ümumi nəticələrə təsir etməyib».

Bundan başqa, İqbal Ağazadənin MSK-ya təqdim etdiyi video-materiallar da araşdırılıb. Qərar verilib ki, onun şikayəti əsasında aparılan araşdırmalar dayandırılsın.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *