vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MÜƏLLİF  
17:58 | 22 dekabr 2015 | Çərşənbə axşamı Məqaləyə 3201 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Manata ehsan»

«Aclıq olsun, kef olsun, mənim qarnım tox olsun» devizi ilə yaşayırıq

Vüsalə MƏMMƏDOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün xalqımız bir daha sübut etdi ki, başımıza gələn hadisə nə qədər əhəmiyyətli, taleyüklü olur-olsun, biz ona «Facebook»da lağlağı ilə yanaşır, məzələnməklə (məzənnə də elə məzə sözündəndir) kifayətlənirik. Bu da bizim son illərdə kütləvi şəkildə «manısa» çevrilməyimizi göstərir. Biz artıq təkcə peşə olaraq «manıs»lığa üstünlük vermirik, xaraktercə dəyişir, baş verən proseslərə onların gözü ilə yanaşırıq.

Gənclər xatırlamaz, müharibə illərində belə bir şüar var idi: Kaş millətdə ruh yaşasın. Biz elə haldaydıq ki, heç çoxumuz bilmirdik ruh nədir, amma bir gündə onlarla şəhidi dəfn edərkən bu sözləri deməyi unutmurduq. Dünənki yumor hissimiz göstərdi ki, millətdə ruh yaşayır! Ən vacib olanı da budur.

İşdən evə gedəndə anam zəng etdi ki, yağ alarsan, halva çalacağam. Marketə girər-girməz qarşılaşdığım mənzərədən gözlərim doldu, sabaha ümidim bir az da artdı. Xalq kütləvi surətdə ayağa qalxaraq, marketlərə axın etmişdi. Satıcılar təlaşla vitrindəki qiymətləri qopardır, insanlar isə malların ağına-bozuna baxmadan onları arabalara doldururdular. Bu yanğınlı, devalvasiyalı, sabaha bir az da olsun gümanımız olmadığı zamanda camaatın bu qədər azuqəni yeyə biləcəklərinə ümidləri varsa, demək ki, ölməyəcəyik! Nə qədər ki, «aclıq olsun, kef olsun, mənim qarnım tox olsun» devizi ilə yaşayırıq, heç bir devalvasiya bizə bata bilməz! Belə də ki, biz nələr yaşadıq, ölmədik. 48 faiz bahalaşma nədir ki? Yenə də bir-birimizdən oğurlayacağıq. Daha yaxşı yaşayacağıq. Hələ daha böyük toylar edib, elliklə ayağa qalxıb, daha geniş halay çəkib, çiyin-çiyinə rəqs edəcəyik.

Ümumiyyətlə, biz xalq olaraq iki məqamda ayağa qalxa bilirik. Bir – toyda oynamağa, bir də bahalaşmada ərzaq ehtiyatımızı çoxaltmaq üçün...

Başa vurduğumuz il həyatımızda yanğın və devalvasiya ilə qaldı. Çoxdan yanırdıq,  amma alovu bu il gözlərimizlə gördük. Devalvasiya sözü ilə isə bu il tanış olduq. (Devalvasiya isə vəlvələ sözündəndir) Manat da xəyallarımız kimi suya düşdü. Deyir, bundan sonra üzəcək. Amma problem ondadır ki, o, suya baş vurmadan öncə ölmüşdü. Diri olsa, yenə «mən ölüm»lə dilə tutub sahilə çəkə bilərdik. İndi ümidimiz dalğalaradır...

Gözümüz sahilə dikilib. Görək üzə-üzə bizi aparıb kimin qapısına çıxardacaq...

Artıq sahildə dayanıb gözləmək kifayətdir. Hamılıqla o suya baş vurmamız lazımdır. Manatı xilas edə bilməsək də, heç olmasa suda ayılarıq...

P.S. Marketdə yağ qalmadığından, manata ehsan verə bilmədik...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)