vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
17:02 | 29 yanvar 2016 | Cümə Məqaləyə 2805 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnsanlara tüpürmək asandı»

Çingiz Abdullayev hakimiyyəti yıxıb-sürüdü

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu gün mən bir neçə nəfəri ixtisara salmalı idim. Əmri gətirdilər. Uzun müddət baxdım. Bilmədim ki, necə edim». Komanda.az xəbər verir ki, bunu «Neftçi» futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev «Facebook» səhifəsindəki statusunda yazıb. Lakin o, ixtisarın klubda, yoxsa digər iş yerlərində baş verməli olduğunu açıqlamayıb:

«Sənə bu qədər təşkilata rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi bacarmalısan. Hərdən o qədər də xoş olmayan qərarları da. Yazıçılar Birliyində də, «Pen-klub»da da, «Neftçi»də də, «Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu»nda da...»!

Abdullayev bildirib ki, ixtisara salınmalı şəxslər arasında böyük ailə başçısı da olub. Lakin xalq yazıçısı həmin şəxsi işdən azad edə və əmri imzalaya bilməyib:

«Onun 4 uşağı var və həyat yoldaşı hamilədi. İxtisara salındığını bildikdə, ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrinə qol qoya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm. Bizim məmurlar kimi sərt və prinsipial olmaq, insanlara tüpürmək asandı. Onlar üçün 100 min və ya milyon dollar çoxdan pul sayılmır. Onlar insanlara açıq-aşkar laqeydlik göstərirlər.

Hətta əmrlərinin arxasında problem və çətinlikləri olan canlı insanların durduğunu da düşünmürlər. Əmri imzalamadım, imzalamayacağam da. Hətta heç də düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram. 4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdı mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdı ləyaqət və xeyirxahlıq çağırışları?»

Daha sonra xalq yazıçısı «Neftçi»yə gəlişindən sonra klubun bütün əməkdaşlarının pulsuz yeməklə təmin olunmasına göstəriş verdiyini açıqlayıb:

«Əvvəllər yalnız futbolçular və məşqçilər nahar edirdilər. Fəhlələr, xadimələr, mühafizəçilər, texniki personal ac qalırdı. Bəli, hazırda əvvəlki kimi pulumuzun olmadığını başa düşürəm. Amma puldan da vacib, çox vacib nə isə var. Ona görə yox ki, mən mələk simasındayam. Sadəcə, birinin yeyib digərinin baxması utandırıcıdı.

Nəyə görə illərdi mən oxucularımı sonda xeyirin qələbəsinə inandırmağa çalışıram. Əgər özüm öz prinsiplərimə inanmıramsa. Bütün bu ziyalı tör-töküntüsünü hakimiyyətə buraxmamaqla düz edirlər. Doğrudanmı Didro bu sözlərində haqlı olub: «Xoşbəxtlik üçün yaxşı qarnın, əzazil ürəyin olmalı və ümumiyyətlə, vicdanın olmamalıdı?». Yoxsa haqsızdı?».