vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
12:37 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 2900 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fasilə bitdi

Həyəcana Gəncədə start veriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. Apasport.az saytının məlumatına görə, qış fasiləsindən sonra yenidən başlayacaq birinciliyin ikinci dövrəsinin ilk turunun oyunları iki gün ərzində baş tutacaq.

XIX turun ilk oyun günündə azarkeşlər iki matç izləyə biləcəklər. Açılış matçında turnir cədvəlinin ilk yarısında qərarlaşan «Kəpəz»lə «Qəbələ» üz-üzə gələcək. Qarşılaşma Gəncədə keçiriləcək. «Qəbələ» səfərdə qalib gələcəyi halda, ən az bir günlük ikinciyi pilləyə yüksələcək. Meydan sahibləri isə 3 xal qazanacağı halda turnir cədvəlində rəqibini arxada qoymaq şansı əldə edəcək. Roman Qriqorçukun komandası oyuna tam heyətlə hazırlaşıb. Gəncəlilər isə cəzlı Tural Nərimanovsuz oynamalı olacaqlar.

Günün ikinci matçı isə paytaxtda baş tutacaq. «Neftçi» «Sumqayıt»ı qonaq edəcək. Əsgər Abdullayevin yetirmələri bu oyunda Erik Ramos, Kaue və Ayltonsuz mübarizə aparmalı olacaqlar. Hər üçü oyunçu cəza səbəbindən komandalarına kömək edə bilməyəcəklər. «Sumqayıt» da bu matça itki ilə çıxacaq, belə ki, Emin Mehdiyev də rəqib həmkarları kimi görüşü cəza səbəbindən kənardan izləməli olacaq. Əgər «ağ-qaralar» bu oyunda 3 xal qazansalar, «Kəpəz»in mümkün xal itkisindən sonra bir pillə irəliləyəcək. «Sumqayıt» isə yenilənmiş heyəti ilə paytaxtdan yaxşı nəticə ilə qayıdıb, AZAL-a bir az da yaxınlaşmaq istəyir.

 

Topaz Premyer Liqası (III dövrə, XIX tur)
30 yanvar (şənbə)

 

14:00. «Kəpəz» – «Qəbələ»

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov

Mövsümün ilk yarısındakı oyunlar: 0:1, 2:1

Gəncə şəhər stadionu

 

16:30. «Neftçi» – «Sumqayıt»

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev

Mövsümün ilk yarısındakı oyunlar: 2:1, 2:1

8-ci km qəsəbə stadionu

 

 

Turnir cədvəli

 

 N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

18

11

5

2

28-12

38

2

İnter

18

8

6

4

18-12

30

3

Zirə

18

7

8

3

16-13

29

4

Qəbələ

18

7

7

4

24-13

28

5

Kəpəz

18

6

8

4

19-17

26

6

Neftçi

18

6

6

6

19-18

24

7

AZAL

18

6

4

8

11-17

22

8

Sumqayıt

18

3

9

6

23-28

18

9

Xəzər L.

18

3

3

12

10-24

12

10

Rəvan

18

2

6

10

12-26

6*

 

* - «Rəvan»ın hesabından 6 xal silinib.

Bombardir: Riçard Almeyda («Qarabağ») – 7.