vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MÜƏLLİF  
21:20 | 1 iyun 2010 | Çərşənbə axşamı Məqaləyə 2320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İsrail qırmızı xətti keçdi»

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Qəzza bölgəsindəki fələstinlilərə humanitar yardım aparan gəmilərə İsrailin mane olacağı gözlənilən idi. Ancaq Tel-Əvivin bu qədər qan tökməsi gözlənməz oldu. İsrail indiyə qədər apardığı savaşlarda çox fələstinlinin, livanlının qanını töküb. Ancaq dünyanın müxtəlif ölkələrinin vətəndaşlarından ibarət qrupu gülləbaran etməsi yeni hadisədir.

Tel-Əviv iddia edir ki, Qəzzaya yardımın əleyhinə deyil, sadəcə, bu, BMT bayrağı altında İsrail ərazisindən həyata keçirilməlidir. Çünki belə olanda onlar Qəzzada məskən salmış “Həmas” qruplaşmasına silah yardımının qarşısını ala bilirlər. İlk baxışdan bu tələbdə qeyri-adi heç nə yoxdur. Ancaq məsələ bundadır ki, İsrail özünün müəyyənləşdirdiyi qaydalara riayət etmir. Qəzzaya İsrail ərazisindən humanitar yardım keçirilməsinə bir neçə dəfə təşəbbüs göstərilib. Tel-Əviv həmin yardımı alıb, aylarla yoxlama həyata keçirib və nəticədə yardım Qəzzaya gedib çatmayıb. 
BMT-nin Qəzzaya yardımla bağlı qərarı var. İsrail həmin qərarı yerinə yetirmir. Bundan da Qəzzadakı insanlar əziyyət çəkir, aclıq və səfalətdə yaşamaqda davam edirlər. Qəzzalılar bombardman nəticəsində dağılmış evlərində yaşamağa məhkumdurlar. Halbuki həmin evlər, BMT qərarına görə, qısa müddətdə bərpa edilməli idi. İsrail evlərin bərpasına da mane olur. Yaxşı, evlərin inşasının “Həmas”a silah yardımı ilə nə əlaqəsi var? BMT-nin Qəzzada təmsilçiliyi var. Təmsilçi dəfələrlə vurğulayıb ki, İsrail yardımın onlara çatdırılmasına mane olur. Ona görə də israilli rəsmilərin “yardım BMT çərçivəsində həyata keçirilməldir” deməsi bəhanədir. Tel-Əviv BMT-ni də saymır.
Dünyanın ən böyük təşkilatının gücsüz olduğunu görən müxtəlif humanitar yardım 
qurumları da bir araya gəlib Qəzzaya birbaşa yardıma qərar veriblər. İsrail beynəlxalq sularda humanitar yardım daşıyan gəmilərə hücum etməklə beynəlxalq hüququ pozub. Tel-Əviv bu hücumla Türkiyə ilə münasibətləri də gərginləşdirib, bəlkə də onunla son körpüləri yandırıb. 
Doğrudur, Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Davosdakı çıxışında İsrail prezidentinə “Siz öldürməyi yaxşı bacarırsınız” deyəndə, daha sonra İsrailin xarici işlər nazirinin müavini Türkiyənin səfirini təhqiramiz formada qəbul edəndə iki ölkə arasındakı münasibətlər artıq gərginləşmişdi. Ancaq bu dəfə Tel-Əviv vəziyyəti daha böhranlı nöqtəyə sürükləyib, sözdə dost qadlandırdığı Türkiyənin vətəndaşlarına silah qaldırıb. Bu, Türkiyədə undulmayacaq, iki ölkə arasındakı münasibətlər dərin yara alıb.
İsrail dövləti yaranandan Türkiyə bu ölkəylə sıx münasibətlər saxlayıb. NATO üzvü və ABŞ-ın müttəfiqi olan Türkiyə “soyuq müharibə” illərində İsraillə çox yaxın münasibətlərdə idi. “Soyuq müharibə” bitdi və Türkiyə özü bölgədəki proseslərdə fəal rol oynamağa başladı. Türkiyə siyasi, diplomatik və iqtisadi çəkisinə görə Avrasiya bölgəsinin başlıca dövlətinə çevrilməkdədir. Ankara İranın nüvə problemini dülh yoluyla həll etməyə çalışır. Bütün bunlar da Tel-Əvivin xoşuna gəlmir. İsrail Türkiyə vətəndaşlarına silah çevirməklə bu ölkəni özünə düşmən edib, ərəb dövlətlərinin siyahısına qatdı. Görünür, Tel-Əvivdəki isti başlar Türkiyə itkisinin ona necəyə baha oturacağını hələ anlamırlar.
Bu gün Türkiyədə böyüklü-kiçikli hamı, o cümlədən bir-biriylə kəskin mübarizə aparan iqtidarla müxalifət partiyaları, ölkənin islamçısı, liberalı, sağçısı, solçusu bir ağızdan İsraili qınayır. Türkiyə bayrağı ilə üzən gəmiyə hücum edən İsrail anlamalıdır ki, bütün türk dünyasında nifrət qazanır. Yəni Türkiyə ilə düşmən olub, Azərbaycanla dost olmaq çətindir. 
İsrail tələsməlidir. Əgər Tel-Əviv gəmiləri və gəmidəki vətəndaşları qısa müddətdə sərbəst buraxmasa, baş verən olaya görə Ankaradan üzr istəməsə, Türkiyənin daha sərt münasibəti ilə üzləşəcək. Türkiyə BMT Təhlükəszilik Şurasının daimi olmayan üzvü kimi məsələni şuranın gündəliyinə çıxarmağa çalışacaq. Doğrudur, İsrail arxasında yenə ABŞ-ın dəstəyini hiss edəcək. Ancaq artıq Vaşinqtona da İsraili müdafiə etmək çətindir. Bir var İsrail “terrorla mübarizə” adı altında Fələstini, Livanı bombalaya (bunu beynəlxalq aləmdə az-çox həzm etməyə hazırdırlar), bir də var beynəlxalq sularda dünyanın müxtəlif ölkələrindən toplanan insanlara, o cümlədən avropalı deputatlara atəş aça. 
Əgər Vaşinqton bu dəfə də İsraili ittiham etməsə, ABŞ-ın özünü ikili standartda ittiham edənlərin sayı artacaq. Bu proses artıq başlayıb. Tehranın nüvə çalışmasını dayandırmaq üçün İrana qarşı sanksiya tələbini ABŞ gündəliyə gətirdiyi bir vaxtda BMT-də İsrailin də nüvə obyektlərini beynəlxalq müşahidəçilərə açması tələbi müzakirəyə çıxarılıb.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)