vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
20:00 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 846 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gənc alimlərə müjdə

Sosial müavinət, uzunmüddətli və güzəştli kreditlər, xaricdə təhsil xərclərinin ödənilməsi, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda dövlət tərəfindən elmi işçilərə sosial müavinət ayrılacaq, doktorantlara isə təhsil xərclərinin ödənilməsi üçün uzunmüddətli güzəştli kredit ayrılacaq, onlardan xaricdə təhsil alanların maliyyə xərclərini təmin edəcək.

APA-nın məlumatına görə, bu, ikinci oxunuşda yenidən hazırlanmış «Elm haqqında» Qanunun 37.10 və 37.12-ci maddələrində təsbit olunub.

Qanunun 37.10-cu maddəsinə görə, «Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlərin verilməsini, elmi-tədqiqat, təcrübi sınaq işlərinin aparılması, xarici ölkələrin nüfuzlu universitetlərində və elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi, ixtisasartırma, stajkeçmə, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir».

Maddə 37.12-də isə deyilir ki, «Elmi müəssisələr və ali təhsil müəssisələri büdcədənkənar vəsaitləri hesabına elmi işçilərin və digər əməkdaşların əmək haqlarına əlavələr və sosial təminatlar müəyyən etmək hüququna malikdir».

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.