vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
RƏY, REPLİKA  
16:58 | 1 fevral 2016 | Bazar ertəsi Məqaləyə 3172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Artur Rasizadə getmək istəyir, ancaq...»

Vahid Əhmədov hökumətdəki ziddiyyətlər haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

«Son vaxtlar iqtisadi islahatların bütün koordinasiyasını cənab prezident aparır». Bu sözləri mətbuata müsahibəsində deputat, Milli Məclisin iqtisadi siyasət Komitəsinin sədri Vahid Əhmədov iqtisadi böhran dövründə Azərbaycan hökumətinin işini şərh edərkən deyib.

Deputatın fikrincə, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli valyutanın devalvasiyası ilə əlaqədar olaraq prezidentin iqtisadi islahatlara şəxsən rəhbərlik etməsi normaldır. «Əlbəttə, normal hökumət olarsa, çevik bir hökumət fəaliyyət göstərərsə, prezident yalnız xüsusi strateji əhəmiyyət kəsb edən məsələlərdə müdaxilə edərdi. Amma görünür ki, indiki şərait prezidentin müdaxiləsini zəruri edir» - deyə Vahid Əhmədov bildirib.

Deputat deyib ki, mövcud iqtisadi şəraitdə çevik qərarların qəbulu, sürətli islahatların aparılması üçün əlbəttə, müəyyən koordinasiya olmalıdır. Və bu koordinasiyanı hökumət aparmalıdır: «Yalnız çətin anlarda dövlət başçısı müdaxilə etməlidir. Prezidentin onsuz da işləri həddən artıqdır, onun qarşısında digər ciddi məsələlər, xarici siyasət məsələləri, Dağlıq Qarabağ problemi var».

Vahid Əhmədov deyib ki, indiki şəraitdən çıxmaq, sosial-iqtisadi problemləri həll etmək üçün çevik hökumətə ehtiyac var. «Düzdür, bəzi kadrlar əvəzlənib, amma bu islahatları tez bir zamanda tamamlamaq lazımdır. Çevik bir hökumət qurmaq lazımdır ki, qanunların qəbulunda, qərarların verilməsində çeviklik hiss olunsun, buna ciddi ehtiyac var» - deputat bildirib.

Vahid Əhmədovun sözlərinə görə, bu gün hətta hökumətin iqtisadi komandasında da fikir ayrılıqları var. Məsələn, maliyyə naziri bir fikri deyir, Mərkəzi Bank rəhbərliyi isə onunla razılaşmır, başqasını deyir.

Deputat baş nazir Artur Rəsizadənin mövcud mürəkkəb iqtisadi situasiyada bir dəfə də olsun mətbuat qarşısına çıxmamasını, çıxış etməməsini də şərh edib. «Mən Artur Rəsizadə ilə bir yerdə işləmişəm, savadlı mühəndis, təvazökar insandır, işini bilən adamdır, ona böyük hörmətim var. Tez-tez telefonla danışıram. Açığını deyim, vəziyyətlə bağlı o da narahatdır».

Bəs baş nazir postunu təhvil vermək barədə düşünürmü? Vahid Əhmədov bu suala cavab olaraq deyib: «Cənab prezident məsləhət bilsə, təhvil verəcək, postundan ikiəlli yapışmayıb ki. Bəlkə də Artur müəllim postunu təhvil vermək istəyir, amma icazə vermirlər».