vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MÜSAHİB  
14:00 | 2 fevral 2016 | Çərşənbə axşamı Məqaləyə 2979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsas məqsədimiz xəbər satıb varlanmaq deyil»

«Son illər dəyərdən düşən sözü yenidən qiymətə mindirməyə çalışacağıq»

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda xəbər yayımı ilə məşğul olan «onlayn» medianın sıralarına daha bir sayt qoşulub. Korrespondetn.az adlanan yeni sayta tanınmış jurnalist Aygün Muradxanlı rəhbərlik edir. O, Modern.az-ın suallarını cavablandırıb.

- Yerli media məkanında yetəri sayda sayt fəaliyyət göstərir. Bu baxımdan yeni yaranan Korrespondetn.az rəqabətə davam gətirə biləcəksinizmi?

- Hər halda buna çalışacağıq. Media məkanında sayt bolluğu olsa da, xəbər qıtlığı var. Saytların çoxu təkrar xəbərləri paylaşmaqla məşğuldur. Xəbər yaradıcılığına təşəbbüs edən saytlar çox deyil. Korrespondent.az-ın əsas məqsədlərindən biri xəbər yaradıcılığıdır. İmkan daxilində buna cəhd edəcəyik.

 

- Aygün xanım, özünüz müxalifyönlü jurnalist kimi tanınırsınız. Bəs saytınızın fəaliyyəti hansı istiqamətə olacaq? Yəni hansısa siyasi qüvvələrlə saytın əməkdaşlığı mümkündür?

- Fikrimcə, media ümumiyyətlə müxalifyönlü olmalıdır. Sizə praktikamdan maraqlı bir məqamı danışım. Ukraynada narıncı inqilab baş verən ərəfədə «Turan» İnformasiya Agentliyində çalışırdım. Demokratik qüvvələrin tərəfdarı olaraq çoxumuz o zamankı müxalifət lideri Viktor Yuşşenkonun qələbəsini arzulayırdıq və ofisdə onun posterlərini asmışdıq. Proseslər Yuşşenkonu hakimiyyətə gətirən gün «Turan»ın direktoru Mehman Əliyev yarızarafat, yarıciddi dedi ki, posterləri çıxarın, artıq media Yuşşenkoya müxalif olmalıdır. Demək istədiyim odur ki, media tənqidçi olmalıdır, cəmiyyətin problemlərini qabartmalıdır ki, hakimiyyət onları çözsün. Ancaq Korrespondent.az hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, hər bir fikrə açıq olacaq. Buna heç kimin şübhəsi olmasın.

 

- Əməkdaşlıq edəcəyiniz jurnalistlər arasında tanınmış imzalar da olacaqmı?

- Hələlik heyətimiz çox kiçikdir. Hətta ofisimiz belə, yoxdur. Yəni işə faktiki olaraq minimumlarla başlamışıq. Ancaq ölkənin ən tanınan, ən tirajlı yazarları bizimlə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bütün ümidlərimiz də əslində eyni zamanda yazı dostlarımız olan tanınan imzalaradır. İlhamiyyə Rza, Afaq Vasifqızı, Həmid Herisçi, Zöhrab Əmirxanlı, Zemfira Məmmədqızı, Elxan Şahinoğlu, İlham Şaban əsas əməkdaşlıq edəcəyimiz yazarlardır. Yəqin ki, bu siyahı bir qədər də genişlənəcək.

 

- Saytınızda hansısa yeni layihələr görə biləcəyikmi? Yəni indiyə kimi onlayn mediada işlənməmiş layihələrdən söhbət gedir…

- Biz saytı eyni zamanda yaradıcılıq emalatxanası olaraq düşünürük. Yazmağa həvəsi, bacarığı olan gənclik üçün qapılarımız açıqdır. Peşəkar imzalarla eyni məkanda olmaq, onların yaxşı mənada diktəsi və redaktəsi ilə işləmək mənə elə gəlir, gənc yazarlar üçün yararlı olar. Sözsüz ki, maraqlı layihələr də olacaq. İdeyalar çoxdur. Zamanla onları gerçəkləşdirməyə çalışacağıq.

 

- Bu günkü iqtisadi çətinliklər mətbuata da təsirsiz ötüşməyib. Necə düşünürsünüz, maliyyə çətinliyi şəraitində saytı ayaq üstdə saxlaya biləcəksinzimi?

- Bu gün təkcə medianın yox, ölkənin iqtisadi durumu çətindir. Şübhəsiz, belə bir dönəmdə saytı idarə etmək asan olmayacaq. Bütün real imkanları işə salmağa çalışırıq. Məsələ burasındadır ki, bizim əsas məqsədimiz xəbər satıb varlanmaq yox, son illər qiymətdən düşən sözü yenidən qiymətə mindirməkdir. İnanırıq ki, cəmiyyətin sağlam kəsimi bu işdə dəstəyini əsirgəməyəcək.