vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
17:29 | 2 fevral 2016 | Çərşənbə axşamı Məqaləyə 2562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nə addım atasıyam?»

«Başımı divara vuracam, ya üsyan edəcəm?»

SEVİNC

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə «Texnikabank» ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib.

Bankın idarə heyətinin sədri Etibar Əliyev musavat.com-a bildirdi ki, hazırda lazım olan prosedurları yerinə yetirirlər: «Əlavə nə addım atacam? Əgər qərar varsa, bank bağlanıbsa, biz də məsələni o cür həll edəcəyik. Bitdi. Nə addım atasıyam? Başımı divara vuracam, ya üsyan edəcəm? Heç nə etmək fikrim yoxdur».

E.Əliyev əmanətçilərlə bağlı atılacaq addımlar, habelə əhalinin müraciəti ilə əlaqədar sualları isə cavablamadı.

Xatırladaq ki, ötən ilin oktyabr ayının 27-də E.Əliyev «Texnikabank»ın rəhbərliyinə yenidən qayıtmış və bankı inkişaf etdirmək üçün bir sıra yeniliklərə imza atmış, yeni layihələrin həyata keçirilməsinə start vermişdi.