vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
21:52 | 15 iyun 2013 | Şənbə Məqaləyə 624 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əhmədinejadı şərti islahatçı əvəzləyəcək»

Sədrəddin SOLTAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Daxili İşlər Nazirliyi seçki bülletenlərinin hamısını saydığını bildirib. Lent.az-ın məlumatına görə, səsvermənin nəticəsinə əsasən Həsən Ruhnai 50,7 faiz səslə İranın 11-ci prezidenti olacaq.

Seçkinin nəticələri Nəzarət Şurası tərəfindən təsdiqləndikdən sonra o, rəsmi olaraq, vəzifəsinin icrasına başlayacaq.
Həsən Ruhani 12 noyabr 1948-ci ildə Simnan bölgəsinin Sorxe şəhərində anadan olub. İbtidai və orta təhsilini həmin şəhərdə alıb.
1960-cı ildən Qum dini dairəsində oxuyub, 1969-cu ildə Tehran Universitetinə qəbul edilərək hüquq təhsili alıb. 1972-ci ildə Böyük Britaniyanın Qlazqo Universitetində doktorluq elmi dərəcəsi qazanıb.
Ayətullah Xomeyninin silahdaşlarından olan Həsən Ruhani 1979-cu il islam inqilabından sonra bir neçə dəfə İran parlamentinin deputatı, İran-İraq müharibəsi illərində (1980-1988) Ali Müdafiə Şurasının üzvü olub.
Həsən Ruhani Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin prezidentlikləri dövründə 16 il Ali Təhlükəsizlik Şurasının katibi vəzifəsində fəaliyyət göstərib və İranın Qərblə nüvə danışıqları aparan heyətə başçılıq edib.
Hazırda keçmiş prezident Haşimi –Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının üzvüdür. Həsən Ruhani həm də Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir.
Əvvəllər İslam Respublikası Partiyasında fəaliyyət göstərən Həsən Ruhani indi şərti islahatçılara yaxınlığı ilə tanınan Mübariz Ruhanilər Birliyinin üzvüdür.
Məlumata əsasən, o, alman, fransız, rus və ərəb dillərində danışa bilir.
Evlidir, 2 oğlan və 2 qız atasıdır.
«Twitter»-də seçki ilə bağlı İranın ali rəhbəri ayətullah Xamney adından maraqlı açıqlama yayılıb. Həmin açıqlamada ölkənin lideri deyib: «Namizədlərin hər biri üçün verilən səs İslam Respublikası və mövcud sistemə güvənin göstəricisidir».
Seçki kampaniyasında keçmiş prezidentlər Rəfsəncani və Xatəmi də şərti islahatçı Həsən Ruhanini dəstəkləyib. Hətta, Rəfsəncani ona səs verəcəyini açıq şəkildə bildirmişdi.
İranın dövlət quruluşu sisteminə əsasən, prezidentin dəyişiklik etməsi üçün vəzifə və hüquqlarının məhdud olduğu və ya bir çox hallarda olmadığını nəzərə alsaq, onun ölkədə ciddi və əsaslı dəyişiklik edəcəyini gözləmək inandırıcı deyil.
Sadəcə olaraq, İranda özlərini «islahatçı» adlandıran hakimiyyətiçi qüvvələr yenilik etmək istəsə, habelə Ruhani təsdiqləndikdən sonra ölkənin ali rəhbəri ilə yola getməsə bu baş verə bilər.
Bu baxımdan Ruhaninin seçkiöncəsi bu sayaq vədləri sözdən savayı bir nəsnə deyil.
O, seçkiöncəsi kampaniya zamanı ABŞ-la İranın əlaqələrinin yenidən qurulacağı, siyasi məhbusların sərbəst buraxılacağı, insan haqlarını qoruyacağı və beynəlxalq aləmdə «ölkənin etibarını yenidən qazandıracağı» kimi vədlər verib.
Ancaq ölkənin Ana yasası onun bu öhdəlikləri yerinə yetirməsinə imkan vermir.
Prezident yalnız bu yöndə qəbul oluna biləcək qərarları, bacarsa yerinə yetirə bilər.
Bu baxımdan onun daha çox hakimiyyətin dirijor çubuğu ilə hərəkət edəcəyi istisna edilmir.
Vəziyyətin əvvəlki illərlə müqayisədə daha gərgin olduğunu nəzərə alsaq, Ruhaninin prezidentliyi təsdiqlənəcəyi halda bütövlükdə Tehrandakı rejimi, həm də onu ağır sınaqların gözlədiyi istisna olunmur.

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)