vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MÜƏLLİF  
12:41 | 20 iyun 2012 | Çərşənbə Məqaləyə 3158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mübariz heykəl»

Fərəh SABİRQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəssamlıq Akademiyasında Milli Qəhrəman Mübariz İbrahimovun heykəli qoyulub. O, döyüş zamanı, əlində silahla hücuma keçərkən təsvir olunub. 2,2 metr hündürlüyündə olan heykəl Akademiyanın məzunu Vüqar İmanquliyevin əlindən çıxıb. Bu abidə gənc heykəltəraşın “Diplom işi”dir.

Vüqar heykəlin hazırlanmasına 4 aya yaxın vaxt sərf edib. Dediyinə görə, çoxdandır vətənpərvərlik mövzusunda əsər yaratmaq istəyirmiş. Ona görə “Diplom işi” vaxtı gələndə o qədər də çox fikirləşməyib – Mübariz İbrahimovun obrazını yaratmaq qərarına gəlib: “Təklifimi diplom rəhbərim Tokay Məmmədova bildirəndə çox razı qaldı. İşə başladım.
Ən çətini bu təsviri alana qədər idi”. 
Vüqar istədiyinə nail olana kimi 10-dək eskiz hazırlayıb. Nəhayət, bu variantın üzərində dayanıb: “Rəssamlıqdan fərqli olaraq heykəltəraş yalnız bir fiqurda bütün mühiti çatdırmağı bacarmalıdır. Rəsm əsərində fon vasitəsilə bunu etmək olur. Bizim peşəmizdə isə belə deyil”.
Rəssamlıq Akademiyasının foyesində öz yerini tutan heykəl gipsdən hazırlanıb. Lakin binadan çıxarılsa, onu ən azı betondan, yaxud bürüncdən tökmək lazım gələcək. V.İmanquliyev deyir ki,  heykəlin Tovuzda yerləşdirilməsi üçün yerli icra hakimiyyətindən ona müraciət olunub.
Artıq orada  abidənin yerinin hazırlanması üçün qazıntı işləri aparılır: “Tovuz rayon İcra Hakimiyyətinin başçısı heykəlin şəklini görüb və bəyənib. Məni tapıb heykəlin Tovuz rayonunda qoyulmasını təklif etdilər. Çox sevindim. Bu cür mərd oğullarımız hansısa formada vəsf olunmalıdır, unudulmamalıdır. Biz də bu işə bacardığımız töhfəni veririk”.
Gənc heykəltəraş bundan əvvəl də  Mübarizin obrazına müraciət edib. Bir il əvvəl Azərbaycan istiqlaliyyəti mövzusunda keçirilən sərgi üçün Milli Qəhrəmanın kiçik ölçüdə, başqa eskiz əsasında heykəlini hazırlayıb. Həmin vaxt 50 sm hündürlüyündə hazırlanan heykəli sonradan İstiqlal Muzeyi alıb. Vüqarın Mübarizə həsr etdiyi həmin əsər indinin özündə də muzeydə nümayiş etdirilir.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)